“Uşaq Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycanı 10 yaşlı Bakı məktəblisi təmsil edəcəkdir
Bakı, 5 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, noyabrın 30-da Kiyevdə “Uşaq Eurovision-2013” (“Junior Eurovision-2013”) mahnı müsabiqəsi keçiriləcəkdir.
Yarışma özündə yeni qabiliyyət axtarmağa və yeni istedadları inkişaf etdirməyə çağıran “Yaradıcı ol” (“Be Creative) devizi altında keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Ukraynanın Milli Teleradio Şirkəti iştirakçı ölkələrin siyahısını açıqlamışdır.
Müsabiqədə 12 ölkə təmsil olunacaqdır: Azərbaycan, Belarus, Makedoniya, Gürcüstan, Malta, Moldova, Niderland, Rusiya, San-Marino, İsveç, Ukrayna və Ermənistan.
Azərbaycanı “Uşaq Eurovision-2013” mahnı müsabiqəsində R.Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin şagirdi Rüstəm Kərimov təmsil edəcəkdir.
Müsabiqədə Rüstəm Kərimov “Mən və mənim gitaram” mahnısını ifa edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]