Uşaq evlərinin sakinləri arasında rəsm və inşa müsabiqəsi - “Zəfər günü”
Bakı, 7 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin sakinlərinin iştirakı ilə Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Zəfər günü” adlı rəsm və inşa müsabiqəsi təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi uşaqlarda vətənpərvərlik hisslərini gücləndirmək, eyni zamanda, onların yaradıcılıq bacarıqlarını üzə çıxarmaq olub.
Müsabiqədə ölkənin müxtəlif bölgələrində yerləşən 8 sosial xidmət müəssisəsinin sakinləri iştirak ediblər. Uşaqlar vətənpərvərlik mövzusunda rəsmlər çəkiblər, vətənə sevgi və qəhrəman şəhidlərimizə həsr olunmuş inşalar yazıblar.
Hər iki nominasiya üzrə qaliblərə diplom və hədiyyələr verilib.