Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan çempionatında yüksək nailiyyət qazanıblar
Bakı, 25 aprel, AZƏRTAC
Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan çempionatında yüksək nailiyyət əldə edib.
AZƏRTAC Təhsil Nazirliyinin saytına istinadla xəbər verir ki, 17 yaşadək yeniyetmə idmançılar arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib.
Həmin yarışlara qatılan “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri və uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları sərbəst güləş üzrə 4 qızıl, 2 gümüş, 4 bürünc, Yunan-Roma güləşi üzrə isə 6 qızıl, 4 gümüş, 4 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.