UŞAQ HÜQUQLARI RESUSRS MƏRKƏZİNİN YARADILMASI İLƏ ƏLAQƏDAR YIĞINCAQ KEÇİRİLMİŞDİR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova 2005-2009-cu illərdə YUNİSEF-in ölkə üzrə yeni proqramına və ombudsmanla bu beynəlxalq təşkilat arasında razılaşdırılmış illik iş planına əsasən yaradılacaq yeni mərkəz barədə məlumar vermişdir. O qeyd etmişdir ki, mərkəz ombudsmanın mandatı çərçivəsində uşaq hüquqlarının qorunması, uşaq hüquqlarına dair müvəkkilin qəbul etdiyi şikayətlərin təhlili, BMT-nin Uşaq Hüquqları Konvensiyasının və yerli qanunvericiliyin tətbiqi və digər məsələlərlə bağlı vəzifələri hətata keçirəcəkdir.
Tədbirdə işçi qrupun üzvəri ombudsman yanında Uşaq Hüquqları Resurs Mərkəzinin təşkilini yüksək qiymətləndirmiş, bu qurumun ölkədə uşaq hüquqlarının öyrənilməsi üzrə maarifləndirmə işi aparılması sahəsində mühüm rol oynayacağına, xüsusi ehtiyacı olan uşaqların problemlərinin həllinə kömək edəcəyinə əmin olduqlarını bildirmişlər.