UŞAQ MUĞAM İFAÇILARININ ÜÇÜNCÜ RESPUBLİKA MÜSABİQƏSİ BAŞA ÇATMIŞDIR
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Azəri Əhmədzadə çıxış edərək musiqi yarışmasının qaliblərini elan etmişdir. Münsiflər heyətinin qərarı ilə Bakı məktəblisi Arzu Əliyeva müsabiqənin birinci mükafatına (500 manat AZN), bərdəli gənc müğənni Asim Abbasov ikinci (300 manat), Astara məktəblisi Hakim Həzizadə üçüncü (250 manat) və Ağdam rayonunun gənc muğam ifaçısı Əsgər Əsgərzadə isə dördüncü mükafata (200 manat) layiq görülmüşlər.
Mərasimdə, həmçinin, 5 nəfərə həvəsləndirici mükafat verilmişdir. İsmayıllı rayonunun məktəbliləri Kamilə və İlahə Nəbiyeva bacıları, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun təmsilçisi Məhərrəm Quliyev, Füzuli rayonunun nümayəndəsi Azad Qarabağlı, qobustanlı Nişanə Baxışova və Lənkəran şəhərinin gənc müğənnisi Pərviz Cabbarov hər biri 100 manat məbləğində mükafat almışlar.
Tədbirdə Astara rayon icra hakimiyyəti başçısının müavini Natiq İbadov və münsiflər heyətinin sədri, xalq artisti Canəli Əkbərov çıxış edərək müsabiqənin qaliblərini təbrik etmiş, müsiqi yarışmasının yüksək səviyyədə keçməsi üçün lazımı şərait yatratdığına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Münsiflər heyətinin qərarı ilə gənc ifaçıların yekun konserti Bakı şəhərində Heydər Əliyev adına sarayda keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]