ÜST: koronavirusla əlaqədar ölənlərin sayı rəsmi statistikadan çox yüksəkdir
Cenevrə, 22 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla əlaqədar dünyada ölüm hallarının indiyədək təsdiqlənən rəsmi statistikadan iki-üç dəfə artıq olması ehtimalını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq qurumun məlumatların analizi şöbəsinin rəhbəri Samira Asma bu barədə məlumat verib. O bildirib ki, rəsmi təsdiqlənən statistikada 3,4 milyon ölüm halı olsa da, pandemiya dövründə indiyədək ölənlərin sayının 6-8 milyon arasında olması mümkündür.
ÜST-nin məlumat analizi üzrə eksperti Uilyam Msemburi təşkilatın illik statistika hesabatının təqdimatında bildirib ki, bu qiymətləndirmə özündə həm koronavirusla əlaqədar rəsmi qeydiyyata alınmayan ölüm hallarını, həm də xəstəxanalarda yer çatışmazlığına görə müalicə oluna bilməyərək ölənlərin sayını ehtiva edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:56]
Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib
- 12.10.2026 [11:32]
Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır
- 12.10.2026 [11:30]
Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib
- 12.10.2026 [11:28]
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb
- 12.10.2026 [11:24]
Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?
- 12.10.2026 [11:07]