Ustad aşıq Hüseyn Saraçlının 110 illiyinə həsr olunan tədbir
Bakı, 17 aprel, AZƏRTAC
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda ustad aşıq Hüseyn Saraçlının 110 illiyinə həsr olunan tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Güllü Eldar Tomarlı aşıq Hüseyn Saraçlının yaradıcılığı barədə məlumat verib.
Hüseyn Saraçlının tədqiqatçısı Rəşad Saraçlı aşığın zəngin arxivinin olduğunu, işıq üzü görməyən dastanları, şeirləri, ona ünvanlanan saysız məktublarının mövcudluğunu diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam edib.