Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü qeyd edilib
Bakı, 27 may, AZƏRTAC
Üzeyir Hacıbəylinin Ev-muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ev-muzeyin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov iştirakçıları bu əlamətdar hadisə münasibətilə təbrik edib, dövlətimizin tarixində onun əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Bakı şəhərinin 18 və 150 saylı məktəblərinin müəllimləri Azərbaycan dövlətinin müstəqillik tarixindən bəhs ediblər.
Sonra şagirdlərin ifasında Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünə həsr olunan bədii kompozisiya nümayiş etdirilib.