Vanq Yi: Çin bütün dövlətlərlə sülh və təhlükəsizlik naminə əməkdaşlığa hazırdır
Bakı, 1 fevral, AZƏRTAC
Bu il 75-cü ildönümünü qeyd edən Çin Xalq Respublikası sülh və təhlükəsizlik naminə bütün dövlətlərlə əməkdaşlığa hazırdır.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu bəyanatı Çinin xarici işlər naziri Vanq Yi verib. O vurğulayıb: “"Çin sülh və təhlükəsizliyin əsaslarını möhkəmləndirmək, dostluq və əməkdaşlıq üçün güc toplamaq, çoxtərəfliliyin düzgün yolu ilə getmək, inkişafa nail olmaq və firavan gələcək qurmaq üçün bütün ölkələrlə işləməyə hazırdır".
Çinin naziri cari ilin "ölkənin daha da modernləşdirilməsi üçün həlledici əhəmiyyətə malik olduğunu" söyləyib. O bildirib: "Bəşəriyyət üçün ortaq gələcəyi olan bir icma qurmaq Çin diplomatiyasının yeni dövrdə nəcib məqsədidir. Pekin dialoq və əməkdaşlığa sadiq qalıb, böyük ölkələr arasında sağlam əlaqələrdə möhkəm dayaq rolunu oynayıb, həmçinin dostluq, səmimiyyət, qarşılıqlı faydalı münasibətlər və inklüzivlik prinsipləri əsasında fəaliyyət göstərib”.
Vanq Yi qeyd edib ki, Çin Qlobal Cənubun sabit üzvü kimi hamı üçün tərəqqi əldə etməyin tərəfdarıdır. Onun sözlərinə görə, Pekin "inkişaf etməkdə olan ölkələrin tərəqqisini sürətləndirmək istəyir və qlobal ümumi inkişafa yeni töhfələr verəcək".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]