“Vaqner”in rəhbəri Yevgeni Priqojin hərbi qiyam qaldırıb?
Moskva, 24 iyun, AZƏRTAC
“Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi ilə mübarizəyə qalxdığını bildirib.
AZƏRTAC xəbər verir ki, Y.Priqojin bu gün yayılmış səs yazısında Rusiya Müdafiə Nazirliyinin “Vaqner” qruplaşmasını artilleriya atəşinə tutduğunu və döyüşçülər arasında ölənlər olduğunu bildirib. Y.Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya yürüşə başladığını deyir.
Rusiya Müdafiə Nazirliyi “Vaqner”in atəşə tutulmasını təkzib edib. Nazirlikdə təcili iclas çağırıldığı, Rosqvardiya və digər güc strukturlarının hazır vəziyyətə gətirildiyi söylənilir.
Kremlin sözçüsü Dmitri Peskov baş verənlər barədə Prezident Vladimir Putinə məruzə olunduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]