Azərbaycan Dövlət İnformasiya Agentliyi

VAŞİNQTONDAKI NİKSON MƏRKƏZİ AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİNƏ DAİR MÜZAKİRƏLƏR KEÇİRMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanda parlament seçkilərindən sonra ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri noyabrın 14-də Vaşinqtondakı nüfuzlu Nikson Mərkəzində keçirilmiş müzakirələrin diqqət mərkəzində olmuşdur. Müzakirələrdə çıxış edən Heritec Fondunun tədqiqatçısı Ariel Kohen, Ceymstaun Fondunun eksperti Vladimir Sokor, ölkəmizin ABŞ-dakı səfiri Hafiz Paşayev, Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə direktoru Devid Merkel Azərbaycandakı parlament seçkilərinin ölkəmizin demokratik inkişafında oynadığı rolu və bu seçkilərin Xəzər hövzəsi bölgəsində ABŞ-ın maraqlarına təsiri barədə danışmışlar.

Müzakirələri açan Nikson Mərkəzində beynəlxalq təhlükəsizlik və enerji proqramlarının direktoru Zeyno Baran Azərbaycanda parlament seçkilərini irəliləyiş adlandırmışdır. Beynəlxalq və yerli müşahidəçilər tərəfindən qeydə alınan bir sıra qanun pozuntuları və çatışmazlıqların olduğunu da deyən Zeyno Baran vurğulamışdır ki, seçkilərdən sonrakı dövrdə Prezident İlham Əliyevin dərhal verdiyi göstərişlər təqdirəlayiqdir. Bu, dövlət başçısının demokratik inkişaf yoluna sadiq qaldığının bariz nümunəsidir. Təhlilçi Azərbaycanda “rəngli iqilabın” mümkünsüzlüyünü, müxalifətin, gözlənildiyi kimi, istədiyi qədər səs qazanmadığını diqqətə çatdırmışdır. Zeyno Baran müxalifət düşərgəsinin, ABŞ hökumətinin maliyyələşdirdiyi exit-poll da daxil olmaqla, bu cür sorğulardan narazı qaldığını demişdir. Çünki bütün sorğular müəyyən faiz fərqləri ilə, Yeni Azərbaycan Partiyasının parlamentdə səs çoxluğu qazandığını göstərmişdir.

Heritec Fondunun tədqiqatçısı, səsvermə prosesini Bakıda izləyən Ariel Kohen bildirmişdir ki, seçkilərdə baş verən qanun pozuntuları və çatışmazlıqlar nəticələri şübhə altına almaq səviyyəsinə çatmamışdır. Seçkilərdə qələbənin hansı partiyaya məxsus olduğunu, Azərbaycan müxalifətindən başqa, heç kim sual altına almır. Kohenin sözlərinə görə, hazırkı mərhələdə qanun pozuntularına cavabdeh olanların və Prezidentin müvafiq Sərəncamlarına əməl etməyənlərin məsuliyyətə cəlb olunub-olunmaması izləniləcəkdir. Tədqiqatçı seçkilərin Azərbaycanda çoxsaylı köhnə təfəkkürə malik insanları aşkar etdiyini bildirmişdir. Belə adamlar, siyasi mövqedən asılı olmayaraq, öz liderlərinin 99 faiz səs çoxluğu ilə qələbə çalmalı olduğunu düşünürlər. Ariel Kohen xatırlatmışdır ki, ABŞ-ın Azərbaycandakı maraqları demokratiya ilə məhdudlaşmır.

Təfəkkürlərin ziddiyyəti ilə Ceymstaun Fondunun eksperti Vladimir Sokor da razıdır. O bildirmişdir ki, hazırda Azərbaycanın siyasi səhnəsində irəliyə baxan Prezident və keçmişə baxan müxalifət vardır. Siyasi şəffaflıq tərəfdarı olan Azərbaycan dövlət başçısının Sərəncamları kiçik səviyyəli məmurlar tərəfindən yerinə yetirilməmişdir. Hökumət daxilində qruplaşmaları aradan qaldırmaq üçün islahatlara ehtiyac duyulur. Sokor hesab edir ki, müxalifət də dəyişməlidir. 1993-cü ildən bəri heç bir yeni siyasi proqram irəli sürməyən müxalifət liderləri istehfaya getməli, öz yerlərini yeni əsil müxalifətə verməlidirlər. Vladimir Sokorun fikrincə, 1990-cı illərin əvvəlində hökm sürən hərc-mərcliklə əlaqələndirilən müxalifət liderləri populyar deyillər. Onun müşahidəsinə görə, səsvermədən sonra Rusiya seçkilərə tam azad və ədalətli qiyməti verməklə Prezident İlham Əliyevi Qərbə qarşı Moskva ilə müttəfiqliyə cəlb etmək niyyəti güdürdü. Lakin Prezident İlham Əliyev seçkilər haqqında tənqidə konstruktiv yanaşaraq, tədbirlər görməyə üstünlük vermişdir. Tədqiqatçı, rəsmi Vaşinqtonu Azərbaycanda baş verən demokratik irəliləyişləri tanımağa, onları dəstəkləməyə çağırmışdır.

Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayevin sözlərinə görə, builki parlament seçkiləri, hər şeydən əvvəl, Azərbaycan xalqını demokratiya ilə daha yaxından tanış edən vasitəyə çevrilmişdir. Səfir vurğulamışdır ki, Azərbaycan hökuməti ölkənin gələcək sabitliyinin demokratik islahatlardan birbaşa asılı olduğunu bilir. Prezident İlham Əliyevin seçkiqabağı mərhələdə ölkədə siyasi şəffaflığın yaradılması haqqında müvafiq Sərəncamları bir daha nümayiş etdirir ki, Azərbaycan demokratik inkişaf yolunda qalmaqda qətidir. Bu günlərdə ABŞ mediasında Azərbaycan haqqında gedən yazılara münasibət bildirən Hafiz Paşayev demişdir: “Mənə elə gəlir ki, xarici mətbuat nümayəndələri Azərbaycana “rəngli inqilab” görmək üçün gəlmişdilər. Lakin, Azərbaycan xalqı inqilab istəmir. Biz, 1990-cı illərin əvvəlində bu imtahandan keçmişik. İnqilabın nəticələri dağıdıcıdır. Azərbaycan xalqı tədricən inkişafın tərəfdarıdır”.

Diplomat son günlər ölkədə baş verənlərə dair məlumat verərək demişdir ki, bəzi dairələrdə seçkilərin nəticələri ləğv edilir, səslər yenidən hesablanır. Prezident seçkilərə dair Sərəncamlarına riayət etməyən, seçki prosesinə müdaxilə edən üç icra hakimiyyəti başçısını vəzifəsindən azad etmişdir. Bu proses ən son şikayətə baxılana qədər davam edəcəkdir. Səfir Paşayev Azərbaycandakı demokratik irəliləyişin Vaşinqton tərəfindən kifayət qədər dəyərləndirilmədiyini hesab edir. Elə təsəvvür yaranır ki, Azərbaycanın Avropa Birliyi və digər Qərb təsisatlarına üzvlük niyyətini görən bəzi dairələr bu prosesi ləngitmək üçün demokratik nailiyyətlərimizi heçə endirməyə çalışırlar. Səfir Hafiz Paşayev vurğulamışdır ki, Birləşmiş Ştatlar demokratik inkişaf yolunu seçən, müsəlman əhalili Azərbaycan dövləti ilə əməkdaşlıqdan çox şey qazana bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib