VATİKAN AZƏRBAYCANDA XEYRİYYƏ EVİ AÇACAQ
Vatikanın dövlətlərlə əlaqələr üzrə arxiyepiskop-katibi monsenyor Covanni Layolonun mayın 19-da Bakıya başlanacaq səfəri çərçivəsində “Yoxsullar evi”nin açılışı olacaqdır. Bakıdakı Xilaskar İsa Roma katolik kilsəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, xeyriyyə evində Tereza Ana Ordeninin şəfqət bacıları işləyəcəklər. Vatikan nümayəndəsi Bakıda tikiləcək yeni katolik kilsəsinin yeri ilə tanış olacaq, bazar günü ibadətində iştirak edəcəkdir.
Kilsədən bildirmişlər ki, “Yoxsullar evi”nin açılması, habelə katolik kilsəsinin bu yüksək nümayəndəsinin səfəri Azərbaycanla Vatikan arasında münasibətlərin müsbət inkişafına daha bir sübutdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]