Venesiya Film Festivalının açılış filmi əvəzlənib
Bakı, 22 iyul, Emil Məlikov, AZƏRTAC
80-ci Venesiya Film Festivalının açılış nümayişi üçün elan edilən Luka Quadaqninonun “İddiaçılar” filmi şouda iştirak etməyəcək.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, “İddiaçılar” filminin əvəzinə Venesiya Film Festivalı italyan rejissoru Edoardo De Ancelisin “Kapitan” filminin nümayişi ilə açılacaq.
Festivalın rəhbəri Alberto Barberanın məlumatına görə, batmış düşmən gəmisinin ekipajını xilas edən sualtı qayıq kapitanından bəhs edən “Kapitan” filmi həmçinin festival çərçivəsində təşkil olunacaq əsas müsabiqədə iştirak edəcək.
“Bu ekran əsəri aktual mövzulara toxunur. Kapitan Salvatore Todaro obrazı öz insani hərəkəti ilə hərb sahəsinin qəddar rejiminə qarşı çıxır. S.Todaro həyatda yaşamış təbii personajdır. O, 1942-ci ildə 34 yaşında vəfat edib”, - deyə A.Barbera vurğulayıb.
Qeyd edək ki, festivalın tam proqramı iyulun 25-də təqdim olunacaq. Müsabiqənin münsiflər heyətinə amerikalı rejissor Damien Şazel rəhbərlik edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim olunub
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]