VERGİ DAXİLOLMALARI ÜZRƏ İLLİK PROQNOZLAR ARTIQLAMASI İLƏ YERİNƏ YETİRİLMİŞDİR
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, iqtisadiyyatın dinamik inkişafı və ölkədə həyata keçirilən səmərəli vergi siyasəti nəticəsində 2004-cü il ərzində əksər vergi və tədiyyə növlərinin dövlət büdcəsinə artıqlaması ilə ödənilməsi təmin edilmişdir.
Nazirliyin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin məlumatına görə, ötən il vergi daxilolmaları üzrə proqnoz 102,6 faiz icra olunmuş, dövlət büdcəsinə 5 trilyon 26,1 milyard manat vəsaitin ödənilməsi təmin edilmişdir ki, bu da nəzərdə tutulandan 126,1 milyard manat çoxdur.
Ötən bir il ərzində əksər vergi və rüsumlar üzrə faktiki daxilolmalar proqnozu üstələmişdir. Məsələn, fiziki şəxslərdən gəlir vergisi üzrə poqnoz 131,9 faiz, dövlət rüsumu üzrə 112,4 faiz, sadələşdirilmiş vergi üzrə 102,4 faiz, aksizlər üzrə 102,2 faiz, birdəfəlik rüsum üzrə 101,8 faiz, torpaq vergisi üzrə 101,1 faiz, əmlak vergisi üzrə isə 100,6 faiz yerinə yetirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]