VERGİ QANUNVERİCİLİYİNƏ EDİLƏN DƏYİŞİKLİKLƏRLƏ BAĞLI GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncədəki 12 nömrəli ərazi vergilər idarəsi keçən ilin noyabr ayında vergi qanunvericiliyinə edilən dəyişikliklərin izahı və sahibkarların bu sahədə maarifləndirilməsi məqsədilə görüş keçirmişdir. Görüşdə idarənin şöbə rəisləri qanunvericiliyə edilən əlavə və dəyişikliklərlə bağlı çıxış etmişlər. Sonra iş adamlarının müxtəlif məsələlərlə bağlı verdikləri suallara aydınlıq gətirilmişdir.