VERGİDƏN YAYINANLAR BARƏDƏ CİDDİ TƏDBİRLƏR GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, 2004-cü ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq şöbəsinin icraatında 295 cinayət işi olub ki, onlardan da 148 nəfər barəsində 118 işin istintaqı tamamlanmışdır.
Ümumiyyətlə, ötən il külli miqdarda vergi ödəməkdən yayınma, saxta sənədlərin hazırlanması, satışı və istifadəsi, aksiz markası ilə markalanmamış, yaxud saxta aksiz markalı malların satışı və saxlanılması, dələduzluq və mənimsəmə yolu ilə özgə əmlakını talama faktları ilə əlaqədar 29 nəfər barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu isə 2003-cü illə müqayisədə 2,2 dəfə çoxdur.
İstintaqı tamamlanan cinayət işləri üzrə vurulmuş ziyandan 19 milyard 254 milyon manatın ibtidai istintaq zamanı ödənilməsi təmin edilmişdir. Bu, əvvəlki illə müqayisədə 17 milyard 438 milyon manat və ya 10,5 dəfə çoxdur.
Bundan başqa, istintaqı sona çatdırılmış cinayət işləri üzrə 274,5 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulması və vergiləri ödəməkdən yayınma faktlarına dair cinayət işi başlanması rədd edilmiş materiallar üzrə büdcədən yayındırılmış 83,4 milyon manatın ödənilməsi təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]