Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vergilər Nazirliyi: Regionlardan dövlət büdcəsinə daxilolmaların məbləği nəzərəçarpacaq dərəcədə artır

Vergilər Nazirliyi: Regionlardan dövlət büdcəsinə daxilolmaların məbləği nəzərəçarpacaq dərəcədə artır

Bakı, 15 sentyabr, AZƏRTAC

Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin rəisi Elçin Bəylərovun AZƏRTAC-a müsahibəsi

- Elçin müəllim, Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarə Vergilər Nazirliyinin yeni struktur vahidlərindəndir. Bu qurumun yaradılması hansı zərurətdən irəli gəlib?

- Ölkəmizdə yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, eləcə də sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin yaradılması istiqamətində atılan addımların tərkib hissəsi olaraq, vergi sistemində də geniş islahatlar aparılır. Ərazi vergi orqanları ilə iş üzrə Baş idarə vergi nəzarətinin və vergitutma bazasının genişləndirilməsi, vergi daxilolmalarının artırılması, xüsusilə də regionların daim diqqət mərkəzində olması nəzərə alınaraq yaradılıb. Bu qurum ərazi vergi orqanlarının fəaliyyətinə nəzarətin səmərəliliyinin artırılmasını, vergilərin tam həcmdə və vaxtında ödənilməsini təmin edəcək.

Baş idarənin əsas funksiyaları dövlət büdcəsində ərazi vergi orqanları üzrə müəyyən olunmuş proqnoz tapşırıqlarının icrası ilə əlaqədar nazirliyin digər funksional idarələri ilə birlikdə dövlət büdcəsinə vergi yığımını təşkil etmək, nəzarət işlərini həyata keçirmək, eləcə də ərazi vergi orqanlarının yerlərdə digər dövlət qurumları ilə işlərinin düzgün əlaqələndirilməsini təmin etməkdir.

- Vergilər Nazirliyində aparılan struktur dəyişiklikləri ilə əlaqədar ərazi vergi orqanlarının işində nə dəyişib?

- Baş idarənin qarşısında duran əsas məqsədlərdən biri ərazi vergi orqanlarının kadr potensialından səmərəli istifadə edilməklə daha işlək və mütərəqqi idarəetmə mexanizmlərini tətbiq etməkdir. Vergilər nazirinin əmri ilə ərazi vergi orqanlarının strukturlarında edilmiş dəyişikliklər vergilərin tam həcmdə və vaxtında ödənilməsinin təmin olunması, vergi ödəyicilərinə nəzarətin daha səmərəli həyata keçirilməsi, vergi potensialının genişləndirilməsi, eləcə də vergidənyayınma risklərinin təhlili və könüllü əməletmənin səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Dəyişikliklərdən əvvəl ərazi vergi orqanları tərəfindən proqnozun icrası ümumi vergi ödəyiciləri üzrə təşkil edilirdi. Struktur dəyişikliklərinə əsasən, ərazi vergi orqanlarında qeydiyyatda olan vergi ödəyicilərinə sahə təhkimçiliyi prinsipi müəyyənləşdirilib ki, bu da nəzarətin tam təmin edilməsinə imkan yaradır. Bundan başqa, bəyannamələr üzrə kameral vergi yoxlamalarının keyfiyyətinin artırılması məqsədilə bəyannamə şöbələrinin tərkibində iki yeni bölmə yaradılıb.

- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları, xüsusilə yeni müəssisələrin yaradılması son illər bölgələrin iqtisadi vəziyyətində əsaslı dəyişikliklərə səbəb olub. Bütün bunlar vergi daxilolmalarına necə təsir göstərir?

- Regionların inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilən dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan verir və bunların nəticəsində regionlardan dövlət büdcəsinə daxilolmaların məbləği nəzərəçarpacaq dərəcədə artır. Dövlət proqramlarının icrasından öncə, məsələn, 2003-cü ildə regionlar üzrə vergi daxilolmaları cəmi 37,7 milyon manat təşkil etdiyi halda, 2015-ci ildə bu rəqəm 16,5 dəfə artaraq 622,1 milyon manata çatıb. Regionlarımızın iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının, torpaq vergisi istisna olmaqla, uzun illərdir bütün vergilərdən azad edildiyini nəzərə alsaq, bu, çox ciddi artımdır.

2003-cü ilin göstəricisi ilə müqayisədə regionlar üzrə vergi daxilolmalarının qeyri-neft sektoru üzrə daxilolmalardakı xüsusi çəkisi 3,9 bənd artaraq 12,4 faiz təşkil edir ki, bu da regionlarda sahibkarlığın inkişafının daha bir bariz göstəricisidir.

Xüsusi vurğulamaq istərdim ki, dövlət proqramlarının uğurlu icrasının nəticəsi olaraq, bu gün artıq respublikanın 6 şəhər və rayonu öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan vergilərin hesabına formalaşdırır və qarşıya qoyulmuş əsas hədəflərdən biri gələcəkdə bunların sayının artırılmasıdır. İndi respublika üzrə qeydiyyatda olan vergi ödəyicilərinin 61,6 faizi regionların payına düşür.

- 2016-cı ilin 8 ayı ərzində regionlar üzrə proqnoz tapşırıqlarının icrası necə olub?

- Regionların inkişaf tendensiyası cari ilin 8 ayında da davam edib və bu, vergi daxilolmalarında da özünü göstərir. Yanvar-avqust aylarında ərazi vergi orqanları üzrə 364,5 milyon manat proqnoza qarşı dövlət büdcəsinə 381,1 milyon manat vəsait daxil olub ki, bu da proqnoz tapşırığının 16,6 milyon manat artıqlamasilə və ya 104,6 faiz icra olunması deməkdir. Xüsusilə qeyd etmək lazımdır ki, proqnoz tapşırıqları yalnız ümumilikdə regionlar üzrə deyil, həm də respublikanın ayrı-ayrılıqda bütün şəhər və rayonları üzrə yerinə yetirilib.

Daxilolmaların strukturuna gəlincə, daxil olmuş vergilərin 61,2 faizi ƏDV, mənfəət və gəlir vergisi hesabına formalaşıb. Sadələşdirilmiş vergi daxilolmaları üzrə proqnoz tapşırıqları 6,2 milyon manat artıq və ya 117,2 faiz icra olunmaqla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faizə qədər artıb. Regionlarda fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyiciləri tərəfindən ilin ilk səkkiz ayında 86,7 milyon manat məbləğində vergilərin yerli büdcələrə ödənilməsi təmin edilib.

Əlbəttə, bütün bu göstəricilər həyata keçirilən islahatların, iqtisadi sistemin şəffaflaşmasının, əlverişli biznes mühitinin formalaşmasının, sahibkarlıq subyektlərində cəlbediciliyin artırılmasının nəticəsidir. 2016-cı ilin yanvar-avqust ayları ərzində regionlarda ƏDV qeydiyyatına alınmış vergi ödəyicilərinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım qeydə alınıb.

- Yaranmış yeni iqtisadi şəraitdə ölkədə sahibkarlığın inkişafı istiqamətində atılan addımlar barədə nə deyə bilərsiniz?

- 2014-cü ilin sonundan başlayaraq neftin qiymətində kəskin enmə, 2015-ci ildə dünyada mövcud olan geosiyasi vəziyyət və bundan irəli gələn iqtisadi problemlər, təbii ki, dünyanın bir hissəsi olan Azərbaycanın iqtisadiyyatından da yan keçməyib. Bu problemin aradan qaldırılması üçün yeni yaranmış iqtisadi vəziyyətdə qeyri-neft sektorunda genişmiqyaslı islahatlara başlanılıb. İndi sahibkarlığın inkişafı yönündə çox ciddi addımlar atılır.

Sahibkarlıqda xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, onların verilməsi prosedurları sadələşdirilib və bu proseslərin “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb. Bundan başqa, lisenziyalar müddətsiz verilməklə regionlarda dövlət rüsumlarının ödənilməsində 50 faizədək güzəştlər tətbiq olunub.

Regionlardakı vergi ödəyicilərinin sadələşdirilmiş vergini Bakıda fəaliyyət göstərən vergi ödəyiciləri kimi 4 faiz deyil, 2 faiz dərəcəsi ilə ödəmələri onların fəaliyyətlərini stimullaşdırmaq məqsədi daşıyır. İlin əvvəlindən ticarət və ictimai iaşə sektorunda çalışan vergi ödəyicilərinin fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması üçün Vergi Məcəlləsinə dəyişiklik edilərək, ticarət və ictimai iaşə sahəsində dövriyyəsi 200.000 manatdan yuxarı olan sahibkarlara öz seçimləri əsasında sadələşdirilmiş vergi ödəyicisi hüququ verilib.

Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanda sahibkarlığın inkişafı, bu sahəyə nəzarətin gücləndirilməsi, iş adamlarının hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Apelyasiya Şuralarının yaradılması sahibkarlığın inkişafına təkan verən mühüm addımlardır.

- Vergilər Nazirliyi tərəfindən aparılan vergi nəzarəti tədbirlərinin sayının azaldılması sahibkarlıq subyektlərinə və ərazi vergi orqanlarının fəaliyyətinə necə təsir göstərib?

- İqtisadiyyatın şaxələndirildiyi və qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi yeni mərhələdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə dövlət başçısının müvafiq fərmanları ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Həmin fərmanlarda vergi yoxlamaları istisna hesab edilsə də, Vergilər Nazirliyinin kollegiyasının qərarına əsasən, həmin müddətdən sadələşdirilmiş vergi ödəyicilərində səyyar vergi yoxlamalarının aparılması da dayandırılıb. Bunun nəticəsi olaraq, kiçik və orta sahibkarlıq subyektlərində keçirilən vergi nəzarəti tədbirlərinin sayı regionlarda da minimuma endirilib və ilin ilk səkkiz ayı ərzində həyata keçirilən səyyar vergi yoxlamalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə, operativ nəzarət tədbirlərinin sayı isə 6 dəfəyə yaxın azalıb.

Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək məqsədilə vergi orqanlarının həyata keçirdiyi vergi nəzarəti tədbirlərindən biri də kameral vergi yoxlamasıdır. Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində aparılmış islahatlar çərçivəsində risklərin idarə edilməsi sistemi yaradılıb. Beynəlxalq təcrübələr əsasında yaradılmış bu sistem nəzarətin səmərəli aparılmasına imkan verir. Müasir texnologiyalara əsaslanan “risklərin idarə edilməsi” aləti vergidən yayınma hallarını aşkar etməklə mövcud risklərin elektron qaydada idarə olunmasını, daha dəqiq qiymətləndirilməsini və vergi potensialının düzgün nəzərə alınmasını təmin edir. Qeyd edim ki, kameral vergi yoxlamalarının sayının azalmasına baxmayaraq, onların keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirilir. Vergi ödəyicisinin fəaliyyətinə müdaxilə etmədən mövcud informasiya bazası və əlaqəli məlumatlar əsasında “risklərin idarə edilməsi” aləti vasitəsilə təhlil olunmuş məlumatlar sayəsində ərazi vergi orqanları tərəfindən aparılmış kameral hesablamalar üzrə reallaşma faizi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 bənd artıb.

- Azərbaycan Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı əsasında nəzərdə tutulan yeni islahatlar ərazi vergi orqanları ilə işə necə təsir göstərəcək?

- Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, son 10 ildə vergi ödəyicilərinin sayının əhəmiyyətli dərəcədə artması, eləcə də regionlarda həyata keçirilən dövlət proqramları nəticəsində yeni vergitutma mənbələrinin yaranması, iqtisadiyyatın indiyədək vergitutma bazasına cəlb edilməmiş ayrı-ayrı sahələrinin, o cümlədən rəqəmsal iqtisadiyyatın inkişafı vergi orqanları qarşısında yeni vəzifələr qoyur. Vergitutma bazasının genişləndirilməsi, büdcəyə daha çox vəsait toplanması üçün mövcud ehtiyatların aşkarlanması, bu sahədə vəziyyətin tam şəffaflaşdırılması ilə bağlı dövlət başçısının konkret tapşırıqlarının nəticəsi olaraq, vergi sistemində ciddi islahatlar həyata keçirilir. Ölkə Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamı vergi sisteminin inkişafına, xüsusilə də vergi inzibatçılığının səmərəliliyinin artırılması sahəsində yeni bir mərhələ açır.

Sərəncama əsasən, vergi sahəsində aparılacaq islahatların 21 əsas istiqaməti müəyyən edilib ki, bu tədbirlərə vergitutma bazasının genişləndirilməsi, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, intizamlı vergi ödəyicilərinin müəyyənləşdirilməsi, vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması, elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, risk qiymətləndirilməsi sisteminin yaradılması, vergi bəyannamələrinin formalarının təkmilləşdirilməsi istiqamətində vergi islahatlarının davam etdirilməsi və s. aiddir. Sərəncamın icrası vergi sistemində, o cümlədən ərazi vergi orqanlarında islahatların davam etdirilməsinə və vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə yeni bir təkan verib.

- Vergi mədəniyyətinin formalaşması vergilərin düzgün hesablanmasına, dövlət büdcəsinə tam və vaxtında köçürülməsinə təsir edən amillərdəndir. Ərazi vergi orqanları tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması sahəsində hansı işlər görülür?

- Vergi qanunvericiliyində edilmiş dəyişikliklər, eləcə də həyata keçirilən islahatlar, həmçinin vergi sistemində aparılan şəffaflaşdırma tədbirləri barədə vergi ödəyicilərini məlumatlandırmaq, bu sahədə sahibkarların qarşılaşdıqları problem və çətinliklərlə yerindəcə tanış olmaq Baş idarənin fəaliyyətinin əsas istiqamətlərindəndir.

Vergi Məcəlləsinə cari ilin əvvəlində edilmiş dəyişikliklərin mahiyyətini vergi ödəyicilərinə izah etmək məqsədilə nazirliyin vəzifəli şəxslərindən ibarət qruplar tərəfindən mart ayında bütün regionlarda görüşlər təşkil edilib.

Keçirilən tədbirlərdə sahibkarların nəzərinə çatdırılıb ki, sahibkarlığa dövlət dəstəyi gücləndirilir, xüsusilə də sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür və yeni iqtisadi şəraitdə ölkəmizin bundan sonrakı inkişafı əsasən sahibkarlığın inkişafından asılı olacaq. İndi ölkəmizdə daha əlverişli biznes mühiti formalaşıb və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bütün zəruri tədbirlər görülüb.

Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə sahibkarlara ətraflı məlumat verilib, onlara izah edilib ki, bu dəyişikliklər vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınması, kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin cəlbediciliyinin artırılmasına şərait yaradır. Çoxsaylı görüşlər zamanı vergi ödəyiciləri ilə geniş fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir