VERGİLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir Fazil Məmmədov çıxışında bildirmişdir ki, ümummilli liderimiz ölkədə azad biznesin inkişafı üçün hər cür şərait yaratmış, qanunvericilik aktlarına dəyişikliklər edilmiş, sahibkarlığa mane olan bir çox lisenziyalar ləğv olunmuşdu. Heydər Əliyevin bu siyasəti tezliklə öz bəhrəsini vermiş, neft və qaz sahəsində çoxmilyardlıq müqavilələr bağlanmışdı. Qərb sərmayədarları, habelə Azərbaycanın iş adamları ölkə iqtisadiyyatının müxtəlif sahələrinə inamla sərmayələr qoymağa başlamışlar. Hazırda bu müdrik siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Yüksək iqtisadi göstəricilər sayəsində dünya ölkələri arasında aparıcı mövqelərdə möhkəmlənən Azərbaycanın iqtisadiyyatındakı tərəqqi bütün sahələrdə, o cümlədən vergilər sistemində islahatlara, çevik vergi siyasətinin gerçəkləşdirilməsinə təkan vermişdir.
Görüşdə çıxış edən iş adamları vurğulamışlar ki, bu gün ölkədə azad sahibkarlıq üçün hər cür şərait yaradılmışdır və onlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti tam dəstəkləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:23]
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
- 12.10.2026 [12:09]
“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb
- 12.10.2026 [11:40]
Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub
- 12.10.2026 [11:37]
Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb
- 12.10.2026 [11:10]
Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir
- 12.10.2026 [11:05]
Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik
- 12.10.2026 [11:00]
Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir
- 12.10.2026 [10:45]