Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaş müraciətlərinə baxılmasında operativliyi və nəzarəti gücləndirən yeni elektron informasiya sistemi yaradılır

Vətəndaş müraciətlərinə baxılmasında operativliyi və nəzarəti gücləndirən yeni elektron informasiya sistemi yaradılır

Bakı, 14 may, AZƏRTAC

Ölkə vətəndaşlarının gündəlik problemlərinin öyrənilməsində və həll olunmasında mühüm vasitə olan müraciətlərə baxılmasını yaxşılaşdırmaq, bu sahədə işi təkmilləşdirmək dövlətimizin başçısının daim diqqət yetirdiyi məsələlərdən biridir. 2015-ci il aprelin 29-da Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Fərman və həmin Fərmanla təsdiq edilmiş Qaydalar bu diqqətin daha bir nümunəsidir. Yeni yaradılan vahid elektron informasiya sisteminin mahiyyəti və əsas məqsədləri barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Süleyman müəllim, dövlətimizin başçısının imzaladığı bu yeni Fərman və təsdiq etdiyi Qaydalar hansı zərurətdən irəli gəlib və vətəndaş müraciətlərinə baxılmasında hansı yeniliklərə səbəb olacaq?

- İnformasiya-kommunikasiya texnologiyalarını çox sürətli inkişafı, bu sahəyə sonsuz diqqəti ilə seçilən Azərbaycan Respublikası müasir tələblər səviyyəsinə yüksəlmək, dünyaya daha yaxından inteqrasiya olunmaq üçün müstəqillik illərində, xüsusilə son 10 ildə misli-bərabəri olmayan işlər görüb. Hamı çox gözəl bilir ki, indi Azərbaycan kosmik dövlətlər ailəsinə daxil olub və yüksək texnologiyalara yiyələnmək istiqamətində daha böyük nailiyyətlər qazanmaq üçün ciddi səy göstərməkdədir. Azərbaycan Prezidenti həyatın bütün sahələrində innovasiyaların geniş tətbiqini bir vəzifə kimi qarşıya qoyub və buna hər cür şərait yaradıb. Bütün bu nailiyyətlər, ilk növbədə, xalqın rifahının yüksəldilməsinə xidmət göstərir.

Azərbaycan vətəndaşları dövlətimizin başçısının qayğı və diqqətini həmişə hiss edir və bunun real nəticələrini öz gündəlik həyatlarında görürlər. Bu, bir həqiqətdir ki, vətəndaşlara qayğı göstərilməsi, onların müraciətlərinə baxılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət yetirdiyi prioritet məsələlərdən biri olub və bu gün də prioritet olaraq qalır. Mətbuatdan bildiyiniz kimi, son illərdə dövlət qurumlarında bu işlərə diqqət daha da artırılıb. Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla ünsiyyəti daha da güclənir, yerlərdə keçirilən çoxsaylı səyyar qəbullarda sadə insanların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülür.

Vətəndaşların müraciətlərini dərindən öyrənmək, qaldırılan problemləri operativ həll etmək üçün müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunur. Artıq bir çox dövlət qurumlarında videoqəbulların keçirilməsi, mərkəzləşdirilmiş çağrı və sorğu mərkəzlərinin tətbiqi adi hal alıb. Bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması üçün işlər ardıcıl davam etdirilir. Bütün bunlar vətəndaşlar tərəfindən son dərəcə müsbət qarşılanır.

Eyni zamanda, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi də diqqətdən kənarda qalmır. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 1997-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Qanununun yeni redaksiyası işlənib hazırlanaraq Milli Məclisin müzakirəsinə təqdim olunub. İkinci oxunuşdan keçən qanun layihəsi yəqin ki, yaxın vaxtlarda qəbul olunacaq və Prezident tərəfindən imzalanacaq.

Yeni yaradılan vahid elektron informasiya sisteminə gəldikdə isə qeyd etməliyik ki, hələ 2008-ci ildə dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində vətəndaşların müraciətlərinə baxılması işini təkmilləşdirmək məqsədilə müasir elektron informasiya sistemi yaradılıb. Belə bir sistemin şəhər və rayon icra hakimiyyətlərində də tətbiqi Prezident tərəfindən zəruri hesab edilib və müvafiq Fərman imzalanıb.

- Vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin əsas iş prinsipləri nədən ibarətdir?

- Bu prinsiplər Prezidentin Fərmanında və təsdiq edilmiş Qaydalarda öz əksini tapıb. Fərmanda sistemin təsisçi-administratoru, operatoru və məsul şəxslərinin əsas vəzifələri konkret göstərilib və sistemin 2015-ci il iyulun 1-dək tətbiq olunacağı müəyyən edilib. Sistemin necə işləməli olduğu isə Qaydalarda göstərilib, onun məxfi sənədlərə şamil olunmadığı, digər kargüzarlıq işlərindən ayrı aparıldığı, vətəndaş müraciətlərinin qeydiyyatdan keçirilməsinə, onlara dair təhlillərin, statistik məlumatların və digər hesabatların əldə olunmasına imkan verdiyi konkret müddəalarda ifadə edilib.

Bu Fərmanla elə bir mükəmməl sistem yaradılır ki, ondan eyni vaxtda çoxsaylı istifadəçinin istifadə etməsinin mümkünlüyü ilə yanaşı, bir-biri ilə uzlaşa bilən texnologiyalar, formatlar, protokollar və proqram-texniki vasitələr tətbiq edilir, informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyi, tamlığı, etibarlılığı, eyni zamanda, informasiya təhlükəsizliyi təmin olunur.

Vahid elektron informasiya sistemi yerli icra hakimiyyəti orqanlarına bilavasitə vətəndaşlardan və ya onların müraciətlərinə baxan subyektlərdən daxil olan təklif, ərizə və şikayətlərin operativ qeydə alınmasını, icrasını və arxivləşməsini təmin edən elektron məlumat bazasından və proqram-texniki vasitələrin məcmusundan ibarətdir.

- Vahid elektron informasiya sisteminin tətbiqi üçün hansı işlər görülüb və görülməkdədir?

- Təsdiq olunmuş Fərmanda və Qaydalarda sistemin tətbiqinin konkret müddətləri və görüləsi işlər aydın göstərilib. Bu sistem mərkəzləşdirilmiş server avadanlığı, informasiya sistemi istifadəçilərinin iş yerləri, mühafizə olunan rabitə kanalları, texniki vasitələr, yaddaş sistemləri, kommunikasiya avadanlığı, fasiləsiz enerji mənbəyi və digər proqram-texniki vasitələrdən ibarətdir.

Fərman imzalandıqdan dərhal sonra şöbəmiz tərəfindən bu sistemin fəaliyyətini təmin edəcək müvafiq qurumların nümayəndələri ilə birlikdə şəhər və rayon icra hakimiyyətləri aparatlarında müvafiq hazırlıq işlərinə başlanılıb. Müəyyən olunmuş qrafik əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında şəhər və rayon icra hakimiyyətlərinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələri müdirlərinin seminarları keçirilir, onlar müvafiq proqramla tanış edilir, lazım olan texniki vasitələrin, o cümlədən kompyuter avadanlığının alınıb quraşdırılması təşkil olunur. İşin əsas mərhələsi, yəni bilavasitə həmin sistemin yerlərdə quraşdırılıb şəbəkəyə qoşulması qısa vaxtda tamamlanacaq.

Hazırda şəhər və rayon icra hakimiyyətləri aparatlarında bu işi yerinə yetirəcək şəxslərin müəyyən edilməsi başa çatır və yeni proqramın Fərmanda göstərilən müddətdə tətbiq olunmasında heç bir problem yaranmayacaq. Qeyd etmək lazımdır ki, sistemin proqram təminatının təkmilləşdirilməsi və maddi-texniki təchizatının yaxşılaşdırılması üzərində müntəzəm iş gedir, onun müasir tələblərə uyğunlaşdırılması davam etdirilir.

- İnformasiya sisteminin fasiləsiz və ahəngdar işini kim və necə təşkil edəcək?

- Qaydalarda həm təsisçi-administratorun, həm operatorun, eləcə də sistemin məsul şəxslərinin və istifadəçilərinin funksiyaları aydın göstərilir. Burada əsas məsuliyyət təsisçi-administratorun üzərinə düşür. Təsisçi-administrator bütün sistemin fasiləsiz və ahəngdar fəaliyyətini təmin etmək üçün cavabdehlik daşıyır. Bununla yanaşı, hər bir iştirakçının vəzifə funksiyaları konkret müəyyənləşdirilib. Burada həm texniki təchizat, proqram təminatı məsələləri, həm də sistem istifadəçilərinin müntəzəm təhsil və təliminin həyata keçirilməsi, informasiya sistemi istifadəçilərinin məlumatları informasiya sistemində vaxtında və düzgün qeydiyyatdan keçirməsi, bu məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi, onların, o cümlədən fərdi identifikasiya kodlarının qorunması, kənar şəxslərin sistemə icazəsiz girişinə yol verilməməsi, istifadə olunan kompyuter avadanlığının virus və digər zərərverici proqramlardan müdafiəsi və digər məsələlər öz əksini tapıb.

Sistemin fəaliyyətinin təşkilinə gəldikdə, Qaydalarda informasiya sisteminin məsul şəxsləri sistemlə əlaqədar bütün problemləri təsisçi-administratorla həll etməli olduğu göstərilib, informasiya sisteminin yerli icra hakimiyyəti orqanlarındakı iş yerlərinin mərkəzi serverlə əlaqələndirilməsi qaydaları, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu sahədəki vəzifələri müəyyənləşdirilib.

- Yeni sistem vətəndaş müraciətlərinə baxılmasına nəzarətin gücləndirilməsinə necə təsir edəcək?

- Tətbiq olunan yeni sistem təsisçi-administratora imkan verir ki, respublikanın bütün şəhər və rayonlarında vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasını, həmçinin respublika üzrə sistemə daxil edilən bütün məlumatları mərkəzi server vasitəsilə müşahidə etsin. Hətta müraciətlər barədə məlumatların Prezident Administrasiyasına elektron formada göndərilməsi də bu sistem vasitəsilə təmin ediləcək. Əgər müraciətlərin daxil olduğu andan onların icrası başa çatanadək bütün prosesləri müşahidə etmək mümkündürsə, onda gecikmələrin, yaxud müraciətə vaxtında və düzgün baxılmamasının qarşısı daha tez alına bilər.

- Yəqin ki, vahid elektron informasiya sisteminin tətbiqi ilə vətəndaşların müraciətlərinə baxılmasına dair kargüzarlıq Qaydalarında da müəyyən dəyişikliklər ediləcək. Həmin Qaydaların yenidən təsdiq edilməsi gözlənilirmi?

- Bəli, gözlənilir. Ümumiyyətlə, təkcə vətəndaşların müraciətlərinə baxılmasına dair kargüzarlıq Qaydaları deyil, sənədlərlə işlə əlaqədar digər təlimat və qaydalarda da dəyişikliklər edilməsi labüddür. Hazırda Milli Məclisdə müzakirə olunan “Vətəndaşların müraciətləri haqqında” Qanun layihəsi qəbul edildikdən sonra yaranacaq hüquqi normalardan, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”dən, həmçinin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydalardan irəli gələn məsələlər müvafiq sənədlərdə öz əksini tapacaq.

Bütün bunlar müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan dövlətinin daha yüksək tərəqqisini və inkişafının təmin olunması, müxtəlif sahələrdə, o cümlədən sənədləşmə işində ən müasir texnologiyalardan və innovasiyalardan istifadə edilməsi, bununla əlaqədar qəbul edilmiş proqramların həyata keçirilməsi məqsədi daşıyır və hər bir dövlət qulluqçusu, hər bir məmur müasir elektron sənəd dövriyyəsinin əsaslarını öyrənməli və gündəlik işlərində geniş tətbiq etməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb