DÜNYA
Viavoice: Fransızların 70 faiz jurnalistlərin qərəzsiz olmadığı fikrindədir
Paris, 30 mart, AZƏRTAC
Viavoice institutu tərəfindən aparılan sorğuda jurnalistlərin qərəzsizliyə riayət etməməsi bir daha qınanılıb. Jurnalistikanın faydalılığına həsr olunmuş barometrə əsasən, respondentlərin 54 faizi jurnalistlərin verdiyi məlumatların keyfiyyətindən narazıdır.
AZƏRTAC xəbər verir ki, respondentlərin 10-dan 7-si (70 faizi) bu pisləşməni “xəbərin kifayət qədər qərəzsiz olmaması” ilə əlaqələndirir. İkinci səbəb kimi isə “məlumatın bəzən yalan olması və çox tez yayılması” (74 faiz) göstərilir.
İnstitutun tədqiqatlar rəhbəri bildirib ki, qərəzsizlik məsələsi tez-tez gündəmə gəlir. Xəbərin faydalı və təsdiqlənmiş olması tələbi ilə bərabər, məlumatın qərəzsizliyi də tələb edilir.
Beləliklə, Fransada jurnalistikanın etibarlılığı sual altındadır. Respondentlərin 84 faizi etiraf edir ki, jurnalistika faydalı peşədir. Ancaq əvvəlki illərlə müqayisədə məlumatın qərəzsizliyi məsələsinə görə jurnalistikanın faydalı peşə olmasına inananların sayı azalıb. Bildirilir ki, jurnalistika bir peşə kimi deyil, institut kimi tənəzzülə uğrayır.
Respondentlərin 74 faizi jurnalistləri məlumatın həddən artıq narahatlıq doğurmasına, 73 faiz isə təkrarlamaya görə tənqid edir.
Sorğu iştirakçılarının 49 faizi jurnalistlərə artıq etimad göstərmədiklərini deyib, üçdəbiri isə insanların məlumatlı olmaq istəyinin itməsinin səbəbini jurnalistlərin informasiya axtarmaq həvəsinin azlığı ilə əlaqələndirib. Tənqidlərə baxmayaraq, respondentlərin 95 faizi ən azı həftədə bir dəfə, 69 faizi isə hər gün bütün kanallara müraciət edərək məlumat aldığını deyir.
Media növlərinə gəldikdə, çap mətbuatı və radio daha yaxşı etibarlılıq əmsalına malikdir. İnsanların müvafiq olaraq 76 və 75 faizi həmin mediaya, 64 və 51 faizi televiziya və internet mediasına etibar etdiklərini və ya güvəndiklərini ifadə ediblər.
Respondentlərin 18 faizi Avropa, 74 faizi Fransa, 43 faizi isə öz şəhəri ilə bağlı xəbərlərlə daha çox maraqlandığını bildirib. Yalnız 30 faiz dünya xəbərlərini maraqlı hesab edib. 35 faiz respondentin fikrincə, keyfiyyətli xəbər pulludur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris