İDMAN
Vidadi Əliyev: Belə mötəbər yarışların Vətənimizdə keçirilməsinə çox sevinirəm
Bakı, 27 iyul, AZƏRTAC
İştirak etdiyimiz turnirdə hər bir rəqib güclü idi. Bu turnirə qatılan yeddi komanda Avropa və dünya çempionatlarında medal qazananlardır. Onlarla rəqabət aparmaq bizim üçün çətindir. Düşünürəm ki, belə oyunlar komandamıza yeni təcrübələr qazandırır.
Bu fikri kişi həndbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vidadi Əliyev AZƏRTAC-a müsahibəsində söyləyib. O deyib: “Qarşıda bizi güclü və vacib yarışlar gözləyir. Qalib gəlmək üçün var qüvvəmizlə çalışacağıq. Bizə yaradılan şərait üçün minnətdarlığımızı bildiririk. Hər bir əməkdaş bu günlərdə öz məsuliyyətin dərk edib, işini vicdanla gördü. Polislərə, könüllülərə qədər hər kəsə minnətdarlığımı bildirirəm. Belə mötəbər yarışların Vətənimizdə keçirilməsinə çox sevinirəm”.