VİDEOPİRATLAR ƏLEYHİNƏ ÇOX UĞURLU ƏMƏLİYYAT KEÇİRİLMİŞDİR
Əməliyyat nəticəsində saxta məhsul buraxan gizli zavod məhv edilmiş, ümumən 8,3 milyon dollar məbləğində lisenziyasız məhsul müsadirə olunmuşdur.
Ştatın polis rəisi Zaleh Abdul Rəhman demişdir: “Baxımsız fabrik binası kimi pərdələnmiş obyektdə gündə 10 mindən çox video və DVD diski buraxırdı. Fabrik ən müasir texnika, o cümlədən təhlükəsizlik sistemi ilə təchiz olunmuşdu. Sexlərdə disk hazırlamaq üçün müasir maşınlar, hazır məhsul yığılmış konteynerlər, poliqrafiya avadanlığı aşkar edilmişdir. Binanın perimetri boyu bütün giriş və çıxış yollarını, habelə ətraf ərazini nəzarətdə saxlayan izləmə kameraları qoyulmuşdu”.
Proqram Təminatı İstehsalçılarının Beynəlxalq Biznes Alyansının məlumatına əsasən, Malayziyanın audio-videomateriallar və kompyuter diskləri bazarında saxta məhsulların payı təxminən 61 faizdir. Cənub-Şərqi Asiya ölkələrində şəxsi kompyuterlərdə quraşdırılan proqram təminatının təxminən 53 faizi saxta surətləridir.
Saxta disklər istehsalçılarının “qara siyahı”sında ilk 3 yeri ənənəvi olaraq, Vyetnam (92 faiz), Çin (90 faiz) və İndoneziya (87 faiz) tuturlar.