VİŞNEVSKAYA-ROSTROPOVİÇ FONDU DAHA BİR İMMUNLAŞDIRMA KAMPANİYASI KEÇİRƏCƏK
Vişnevskaya-Rostropoviç Fondu 2007-2008-ci illərdə Azərbaycanda qızılca, parotit, məxmərək əleyhinə immunlaşdırma kampaniyası keçirməyi qərara almışdır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, indi nazirliklə Fond arasında müqavilə imzalanmasına hazırlıq gedir. Fondun Direktorlar Şurasının Vaşinqtonda keçirilən iclasında Azərbaycan, Rusiya, Gürcüstan və digər ölkələrdə aparılmış kampaniyalar barədə informasiya dinlənilmiş, fəaliyyət perspektivləri müzakirə olunmuşdur. İclasda Fondun Azərbaycan nümayəndəliyinin başçısı Soltan Məmmədov da iştirak etmişdir.
Xatırladaq ki, Vişnevskaya-Rostropoviç Fondunun, Dünya Səhiyyə Təşkilatının, YUNİSEF-in, Amerika Beynəlxalq İnkişaf Agentliyinin, Amerika Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin təşkilatçılığı ilə bu ilin fevral-mart aylarında Azərbaycanda qızılca və məxmərək əleyhinə milli immunlaşdırma kampaniyası keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]