Vitali Borisov: Futzalçılarımız mübarizə apararaq yaxşı oyun göstərdilər
Bakı, 7 oktyabr, AZƏRTAC
Çətin oyun oldu, rəqib yaxşı hazırlaşmışdı. Futzalçılarımız mübarizə apararaq yaxşı oyun göstərdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Bakıda Qazaxıstan millisinə qarşı keçirdikləri oyun barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Qırx bir yaşlı mütəxəssis hakimin oyun zamanı üçüncü qolda səhvə yol verdiyini bildirib: “Oyunçumuz topu fitsiz başladığına görə referi yenidən fit verdi. Belə də topa yenidən toxunuş olmalı idi. Amma bizim dayanmağımıza baxmayaraq, rəqib futzalçı topu götürüb qapımıza qol vurdu. Halbuki bundan əvvəl belə bir epizod olmuşdu, hakim yenidən oyunu başlatdı”.
Baş məşqçi cavab oyununa hazırlaşacaqlarını vurğulayıb: “Hər şey ola bilər. Felipinyo ikinci sarı vərəqə aldığına görə, cəzalı vəziyyətə düşdü. Sağ ayaqla oynayan 2 oyunçudan birini itirdik. Orada çətin olacaq. Çünki zal tam dolacaq və komandalarını qələbəyə səsləyəcəklər. Biz də uduzmaq üçün çıxmayacağıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]