“Volkswagen” əlçatan qiymətə elektrikli “Polo” avtomobilini təqdim edib
Berlin, 3 sentyabr, AZƏRTAC
Alman avtomobil istehsalçısı “Volkswagen” 2026-cı ildə yollara çıxacaq elektrikli “Polo” modelini təqdim edib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, yeni “ID.Polo” avtomobilinin 25 min avrodan aşağı qiyməti ilə əlçatan olacağı və “Renault 5”, “Hyundai Inster” modellərinə meydan oxuyacağı gözlənilir.
Avtomobilin dizaynı 2023-cü ildə təqdim edilən konseptə oxşardır. Belə ki, ön və arxa hissədə davamlı işıq zolaqları, gizli qapı tutacaqları və işıqlı “Volkswagen” loqosu diqqəti cəlb edir. GTI versiyası da orijinallığı ilə fərqlənir.
Yeni model üçün iki batareya seçimi təklif olunur. Kiçik batareya 300 kilometr, böyük batareya isə 450 kilometr məsafəni qət etməyə imkan verəcək. Batareyanı 10 faizdən 80 faizədək cəmi 20 dəqiqə ərzində doldurmaq mümkündür. GTI versiyası daha böyük batareyaya və gücə malik olacaq.
Qiymətinin ucuz olmasına baxmayaraq, “ID.Polo” modeli “Travel Assist” sistemi, “LED-Matrix” faralar və masaj oturacaqları kimi komfort və təhlükəsizlik imkanları da təqdim edəcək.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]