Volodimir Zelenski: Yaxın vaxtlarda Ukrayna-NATO Şurasının taxıl sazişinə dair iclası keçiriləcək
Bakı, 23 iyul, AZƏRTAC
Yaxın günlərdə Ukrayna-NATO Şurasının Rusiyanın taxıl sazişindən çıxmasından sonrakı vəziyyətə həsr olunmuş iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalı vasitəsilə etdiyi videomüraciətində bildirib.
“Mən Yens Stoltenbergə böhranla bağlı müvafiq məsləhətləşmələr üçün dərhal bu Şuranın çağırılması təklifi ilə müraciət etdim. Bu görüş yaxın günlərin birində baş tutacaq. Biz Qara dənizdə təhlükəsizlik böhranının öhdəsindən gələ bilərik”, - deyə Ukrayna Prezidenti qeyd edib.
Xatırladaq ki, iyulun 11-12-də NATO-nun Vilnüsdə keçirilən sammitində Ukrayna-NATO Şurası yaradılıb, ilk iclasda Zelenski iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]