“Volverhemton” klubu “Benfika”nın hücumçusunu rekord məbləğə transfer edib
Bakı, 4 aprel, AZƏRTAC
İngiltərənin “Volverhemton” futbol klubu “Benfika”nın hücumçusu Raul Ximenezi rekord qiymətə transfer edib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, icarə əsasında “Volverhemton”da forma geyinən 27 yaşlı meksikalı hücumçunun birdəfəlik transferi 38 milyon avroya başa gəlib. Bu, “Volverhemton” klubunun tarixində rekord məbləğdir. Bu müqaviləyə əsasən meksikalı hücumçu daha üç il ərzində müqavilə əsasında İngiltərə təmsilçisinin heyətində çıxış edəcək.
Raul Ximenez cari mövsümdə “Volverhemton” klubunun heyətində 35 oyunda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]