Vrotslavda Dünya Oyunları başlanıb
Varşava, 21 iyul, AZƏRTAC
Vrotslavda Dünya Oyunları - Olimpiya Oyunları proqramına daxil olmayan idman növləri üzrə beynəlxalq yarışlar başlanıb.
Bu, iştirakçıların sayına görə qeyri-Olimpiya idman növləri üzrə rekord oyunlar olacaq. Vrotslava dünyanın hər yerindən ümumilikdə 111 milli yığma gəlib ki, bu da dörd il əvvəl Kolumbiyanın Kali şəhərində keçirilmiş yarışlardan 8 yığma çoxdur. İdmançıların sayına görə ən böyük yığma Polşanındır - yığmaya 215 idmançı daxildir, ondan sonra Fransa, Rusiya və ABŞ komandaları gəlir.
Vrotslavdakı Dünya Oyunlarında idmanın 27 növü və əlavə olaraq spidvey, Amerika futbolu, kikboksinq və qapalı hovuzlarda avarçəkmə kimi dörd idman növü təqdim edilir.
İdman tədbiri 10 gün davam edəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]