V.ŞVİMMER: “ERMƏNİSTANLA AZƏRBAYCAN ARASINDAKI QARŞIDURMAYA DAHA DÖZMƏK MÜMKÜN DEYİLDİR”
O demişdir: “Qarabağın Şuşa şəhərinin Cənubi Qafqaz regionunda həmrəylik və sülh rəmzi elan edilməsi Ermənistan-Azərbaycan barışığının ən yaxşı təzahürü olardı”. O bildirmişdir ki, həmin məsələni bir gün əvvəl Gürcüstanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyəti ilə də müzakirə etmişdir.
Valter Şvimmer bundan məmnunluq duyduğunu söyləmişdir ki, Avropa Şurasının baş katibi işlədiyi dövrdə Ermənistan və Azərbaycan, münaqişə vəziyyətində olsalar da, bu quruma eyni vaxtda qəbul olunmuşlar.
Onun sözlərinə görə, Avropa Şurası Ermənistan və Azərbaycanı öz sıralarına “daha dözmək mümkün olmayan nə sülh, nə də müharibə” vəziyyətinə son qoymaq üçün qəbul etmişdir. O, həmçinin bildirmişdir ki, ATƏT-in Minsk qrupu simasında beynəlxalq ictimaiyyət Qarabağ probleminin həlli barədə öz üzərinə böyük məsuliyyət götürmüşdür.
Qeyd edək ki, Avropa Şurasının Parlament Assambleyasında iyunun 22-də keçirilən səsvermənin yekunlarına əsasən, Valter Şvimmer Avropa Şurasının baş katibi vəzifəsini tərk etmişdir. AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi britaniyalı Terri Devis bu təşkilatın yeni başçısı seçilmişdir. O, yeni vəzifəsinin icrasına sentyabrda başlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]