Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Biz Laçına qayıtdıq!

Vüqar Rəhimzadə: Biz Laçına qayıtdıq!

Bakı, 26 avqust, AZƏRTAC

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına öz sarsılmaz gücü, qüdrəti, qətiyyəti sayəsində daxil olduğunu əyani surətdə təsdiqlədi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr Bəyanatının müddəalarına uyğun olaraq ermənilər noyabrın 15-də Kəlbəcəri, 20-də Ağdamı və dekabrın 1-də isə Laçını təhvil verməli idilər. Kəlbəcərin boşaldılması noyabrın 15-i üçün nəzərdə tutulsa da Ermənistan Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə vaxt istədiyi üçün bu rayon noyabrın 25-də təhvil verildi. Bununla da Azərbaycan humanist dövlət olduğunu sözdə deyil, əməldə bir daha təsdiqlədi. Digər tərəfdən, Azərbaycan dövləti hər zaman bu xatırlatmanı da edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına icra etdiyimiz kimi, Bəyanatdan irəli gələn vəzifələrin də yerinə yetirilməsinə nail olmaq imkanımızı heç kim unutmamalıdır. Bunun nəyə işarə olduğu aydındır. İlk növbədə, dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu məqamı bəyan edir ki, mən nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilirəm. Digər çağırış isə Vətən müharibəsinin rəmzinə çevrilən dəmir yumruğun yerində olmasıdır. Dövlətimiz istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildə bu həqiqətləri görməzdən gələn dünyanın bəzi aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidentinin 30-a yaxın xarici media qurumlarına müsahibəsi əsasında bu reallıqları öyrənməyə məcbur oldular. Hazırda yaşadığımız postmünaqişə dövrünün reallıqları da dünya gücləri tərəfindən qəbul edilir və onlar fəaliyyətlərini bu istiqamətdə qururlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə azərbaycanlıların Laçın şəhərinə qayıdışına münasibət bildirərkən söyləyib.

Vüqar Rəhimzadə 1992-ci ilin mayında Laçının işğalından bəhs edərək deyib ki, Ermənistan hərbi birləşmələri tərəfindən bu rayonun zəbt edilməsindən sonra ermənilər nağıl dünyalarına qapanaraq özlərində belə bir inam yaratmağa çalışdılar ki, bu yerlərdə əbədi yaşayacaqlar, Qarabağın yeni sahibi onlar olacaq. Bu, mənfur düşmənin 44 günlük İkinci Qarabağ müharibəsinə qədər özləri üçün qurduqları xəyallar idi. Baxmayaraq ki, Vətən müharibəsinə qədər Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında Ermənistana dərs vermişdi, amma bu və ya digər dövlətlərin maraqlarının həyata keçirilməsində bir vasitə kimi istifadə edilən ermənilər görünür aldıqları tarixi dərsləri tez unudurlar. 44 günlük İkinci Qarabağ müharibəsində isə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə tarixdə heç zaman unuda bilməyəcəyi dərsi verdi. Vətən müharibəsində tarixi Zəfərimizdən sonra tez-tez bu çağırış da səsləndirilir ki, işğalçı dövlətdə baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmasınlar. Bu ayın əvvəlində Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq qətiyyətlə həyata keçirilən və düşmənə öldürücü zərbə vuran “Qisas” əməliyyatı bunu bir daha təsdiqlədi.

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi qeyd edib ki, işğal dövründə Laçın düşmən təbliğat maşını tərəfindən Qarabağ ermənilərinin blokadadan çıxması üçün guya zəruri bir humanitar dəhliz kimi təqdim edilsə də əsl həqiqətdə ermənilər bu dəhlizdən öz terrorçu maraqları üçün bəhrələnirdilər. Məhz bu dəhlizdən gələn dəstək nəticəsində Qarabağdakı separatçıların hərbi imkanları dəfələrlə artmışdı. Amma bu gün Laçını Qarabağ ermənilərinin blokadadan çıxması üçün zəruri bir humanitar dəhliz gözündə görən ermənilərin ümidlərinə son qoyuldu. Avqustun 26-da azərbaycanlılar Laçın şəhərinə qayıtdılar. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Lakin bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan Ermənistandan fərqli olaraq ermənilərin Qarabağda qalıb yaşamaları üçün qaydaları açıqladı. Dövlət başçısı İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha bildirdi ki, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Laçını tərk edən ermənilər ölkəmizin onlar üçün yaratdığı şəraitdən, göstərdiyi humanizmdən sui-istifadə edərək Kəlbəcərdə törətdikləri barbarlığı, vəhşiliyi Laçında da təkrarladılar. Evlərə, meşələrə od vuran ermənilər faşizm ideologiyasına sadiq olduqlarını açıq şəkildə nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı şahidi olduğu dağıntılardan bəhs edərkən hər zaman bildirir ki, dünya bu günədək necə vəhşi ilə üz-üzə qaldığını görsün. Kəlbəcərin və Laçının boşaldılması zamanı edilən vəhşiliklər də onların əsl simalarının təqdimatında mühüm rol oynayır. Reallıq budur ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda azərbaycanlılara məxsus tarixi coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən başda Suriyadan gətirilmiş ermənilər olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməlləri həyata keçirmişdir. Bu gün onların torpaqlarımızı boşaldarkən törətdikləri cinayətlərə dünyanın susması artıq Azərbaycan ictimaiyyəti tərəfindən təəccüblə qarşılanmır. Çünki 28 ildən artıq dövrdə biz bəzi dünya gücləri tərəfindən tətbiq edilən ikili siyasətin acı nəticələrini yaşamışıq. İşğala məruz qalan Azərbaycan olsa da Ermənistanın başına çəkilən sığallardan sanki belə qənaət yaranırdı ki, sivil dünya, ümumiyyətlə, hüquq anlayışından xəbərsizdir. Lakin bütün hallarda Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı olmadığını ədalətin və beynəlxalq hüququn öndə saxlanılması fonunda həm döyüş meydanında, həm də informasiya cəbhəsində ermənilərə və onlara havadarlıq edən dövlətlərə çatdırdı. Bir daha sübut olundu ki, beynəlxalq münasibətlərdə güc və hüquq anlayışları əsasdır.

“Zabuxun və Susun boşaldılması fonunda yaşanan vandallıq onu deməyə əsas verir ki, ermənilər yüzilliklər keçsə də belə xislətlərini dəyişmək niyyətində deyillər. Düşmən belə bir reallığı qəbul etmək istəmirdi ki, qanunsuz məskunlaşmış ermənilər günlərin birində hökmən Azərbaycan torpaqlarını tərk etməli olacaqlar. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına sözügedən müsahibəsində bu məsələyə də münasibətini bildirərək vurğulamışdır ki, avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə Konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə zəbt edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz”, - deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri bir daha diqqəti Müzəffər Ali Baş Komandanın “Azərbaycan istədiyinə nail olur. Kimin hansı mövqedə olmasından asılı olmayaraq nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir” fikirlərinə yönəldərək bildirib ki, ermənilərin vəhşiliklərinə, vandallılarına rəğmən biz Laçına qayıtdıq. Dövlətimizin başçısının avqustun 26-da rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşımında bu qayıdış münasibətilə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib. Prezident İlham Əliyev bəyan etdi: “Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq”. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin azərbaycanlıların Laçına qayıdışı ilə bağlı tvitini paylaşaraq qeyd edib: “Qarabağ Azərbaycandır!!!”. Həmçinin avqustun 26-da üçrəngli Bayrağımız Laçın şəhərində ucaldılıb.

Vüqar Rəhimzadə yaşanan belə sevincli, qürurlu anların fonunda dövlətimizin mövqeyinin dəyişməzliyini, hər bir məqsədə nail olmaq üçün səylər göstərildiyini qeyd edərək deyib: “Prezident İlham Əliyev Ermənistana mesaj ünvanlamışdı: "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq!”. Müzəffər Ali Baş Komandanın hər bir çağırışının real həyatda öz əksini tapması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Zaman Azərbaycanın lehinə işləyir. Tarixi Zəfərimizin reallıqları fonunda əldə etdiyimiz hər bir qələbə, uğurlu nəticə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını qürurlandırır və daha yüksək səslə “Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!” söyləyir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO