VYANADA AVROPA OMBUDSMANLARININ KONFRANSI KEÇİRİLMİŞDİR
Konfrans 50-dən çox ölkənin ombudsmanları və onların nümayəndələri, habelə bu sahədə tanınan alim və mütəxəssislərin iştirakı ilə keçirilmişdir. Toplantıda insan hüquqlarının qorunması və təmin olunmasında ombudsman təsisatlarının rolu, vəzifələri və səlahiyyətləri müzakirə edilmişdir.
E.Süleymanovanın Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər, ombudsmanın bu istiqamətdə fəaliyyəti, əldə edilmiş nəticələr, habelə qarşıya çıxan çətinlik və problemlər barədə məruzəsi maraqla qarşılanmışdır.
Ombudsman E.Süleymanova ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılov ilə birlikdə xalqımızın dahi bəstəkarı Üzeyir Hacıbəyovun Vyananın mərkəzi parklarının birində ucaldılan abidəsi önünə gül dəstələri qoymuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]