Vyetnam KİV-ləri Prezident Çıonq Tan Şanqın Azərbaycana səfərini diqqətdə saxlayır
Hanoy, 15 may, AZƏRTAC
Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri bu ölkənin kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.
Ölkənin rəsmi xəbər agentliyi VNA, Vyetnam Dövlət Televiziyasının (VTV) bir neçə kanalı, VTC internet televiziyası, “Vyetnamım səsi” radiosu, Vyetnamın dövlət nəşri olan “VGP News”, Vyetnam Kommunist Partiyasının internet nəşri (www.dangcongsan.vn), ölkənin ən çox tirajlı və ən çox oxunan “Thanh Nien”, habelə “Vietnam+”, “Bao Dantri”, “Tien Phong”, “Dautu”, “Saigon”, “Quandoi nhan dan”, “Suckhoe & doisong”, “Ciao Thong”, “Petro Times” qəzetləri və protalları Prezident Çıonq Tan Şanqın Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşlərinə, Azərbaycan-Vyetnam biznes forumuna, Vyetnam dövlət başçısının Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etməsinə dair xəbərlər yayıb.
Bir çox mətbu orqan xəbərlərin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy