“Washington Post” qəzetinin internet səhifəsində AzərTAc-ın videosu yerləşdirilmişdir VİDEO
Bakı, 28 mart (AZƏRTAC). ABŞ-ın nüfuzlu “Washington Post” qəzetinin internet səhifəsində AZƏRTAC-ın videosu yerləşdirilmişdir.
“Azərbaycan xalqı Novruz bayramını qeyd edir, Prezident İlham Əliyev şənliyin tonqalını alovlandırır” sərlövhəli videomaterial Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə martın 19-da Bakıda keçirilmiş ümumxalq şənliyi barədədir.
AZƏRTAC-ın videosu qəzetin “Dünya turu” adlı bölməsində yerləşdirilmişdir.
Video materialı aşağıdakı linkdən izləmək olar: http://www.washingtonpost.com/posttv/world/icymi-world-tour/2014/03/27/105c2384-b5e7-11e3-bab2-b9602293021d_video.html