WUF13 çərçivəsində “Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası” mövzusunda sessiya başlayıb
Bakı, 22 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Afrika Mənzil Maliyyələşdirmə Birliyinin təşkilatçılığı ilə Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə mənzil sektorunda dövlət qurumları, özəl şirkətlər, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar və icmalar arasında davamlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məsələləri müzakirə olunacaq.
Sessiyanın əsas məqsədi əlverişli mənzil layihələrinin həyata keçirilməsində siyasət və layihə səviyyəsində daha səmərəli tərəfdaşlıq imkanlarını müəyyənləşdirməkdir.
Tədbirdə, həmçinin beynəlxalq və regional qurumlar, maliyyə və daşınmaz əmlak şəbəkələri, yerli idarəetmə strukturları və inkişaf tərəfdaşları arasında uzunmüddətli dialoqun qurulması, WUF13 kimi qlobal platformaların real və yerli nəticələrə çevrilməsi yolları ətrafında fikir mübadiləsi aparılacaq.
Müxbir- Vüsalə Səfərova