Azərbaycanda minadan zərərçəkənlərin 302-si uşaq və gənclər, 38 nəfəri isə qadınlardır
Bakı, 22 may, AZƏRTAC
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ilkin qiymətləndirmələr zamanı bir milyondan çox minanın olduğu aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzusunda tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib.
O qeyd edib ki, 1991-ci ildən 2020-ci il noyabrın 10-dək mina səbəbindən 2418 nəfər yaralanıb, 530 nəfər həlak olub, klaster bombaları nəticəsində yaralanan və ya dünyasını dəyişənlərin sayı isə 131 nəfərdir.
“2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 22-dək mina səbəbindən 352 nəfər yaralanıb, 73 nəfər həlak olub.
Ümumi mina qurbanlarının sayı 3500-dən çoxdur. Onlardan 302-si uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır”, - deyə Samir Poladov bildirib.