Yaqut İltifat Ertenlih: Kiçik şəhərlərin strateji yanaşmaya ehtiyacı var
Bakı, 22 may, AZƏRTAC Yaqut İltifat Ertenlih
WUF13 çərçivəsində keçirilən “Kiçik şəhərlərin transformasiyası və dayanıqlı inkişafında kənd və şəhər əraziləri arasında əlaqələr” panel iclasının moderatoru Yaqut İltifat Ertenlih tədbirin giriş hissəsində həmin yaşayış məntəqələri arasında dayanıqlı inkişaf üzrə qarşılıqlı fəaliyyətə dair müzakirələri açıq elan edib.
AZƏRTAC xəbər verir ki, moderator kiçik şəhərlərin regional balansın əsas elementinə çevrildiyini, onların kəndlər və böyük mərkəzlər arasında mal, xidmət və işçi qüvvəsi axınını təmin etdiyini bildirib. Onun sözlərinə görə, məhz belə yaşayış məntəqələri həddindən artıq urbanizasiyanın təsirlərini azalda və daha ədalətli iqtisadi artım üçün şərait yarada bilər.
Ertenlih, həmçinin hökumətlərin, beynəlxalq təşkilatların və yerli icmaların kənd yerlərinin davamlı məkan inkişafı və dəstək modelləri yaratmaq sahələrində birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
Müxbir - Vüqar Seyidov