Qreys Qitiri: Regional əlaqələr icma dayanıqlılığını möhkəmləndirir
Bakı, 22 may, AZƏRTAC
UN-Habitat nəzdində Keniya Daimi nümayəndəliyinin kənd-şəhər əlaqələri üzrə eksperti Qreys Qitiri WUF13 çərçivəsində keçirilən “Kiçik şəhərlərin transformasiyası və dayanıqlı inkişafında kənd və şəhər əraziləri arasında əlaqələr” panel iclasındakı çıxışında bildirib ki, kiçik şəhərlərin inkişafına kompleks regional siyasətin bir hissəsi kimi baxılmalıdır.
AZƏRTAC-ın xəbər verir ki, ekspert aralıq şəhərlərin kənd yerləri ilə metropoliten ərazilər arasında davamlı qarşılıqlı əlaqəni təmin etməyə qadir olduğunu vurğulayıb. Onun sözlərinə görə, yerli bazarların və infrastrukturun inkişafı həyat səviyyəsinin yaxşılaşdırılmasına və gənclərin böyük şəhərlərə məcburi miqrasiyasının azaldılmasına kömək edir. Ekspert, həmçinin kiçik şəhərlərdə təhsil, səhiyyə və nəqliyyat xidmətlərinə çıxışın genişləndirilməsinin vacibliyini qeyd edib. O, məkan inkişaf strategiyalarının hazırlanması prosesində yerli icmaların maraqlarının nəzərə alınmasının vacibliyini xüsusi vurğulayıb.
Müxbir - Vüqar Seyidov