Fiona MakKluni: Sosial baxımdan hər kəsi əhatə edən şəhər layihələri üzərində işləyirik
Bakı, 22 may, AZƏRTAC
Burada şəhərlərin fəaliyyəti baxımından son dərəcə vacib olan bir məsələ haqqında danışırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri UN-Habitat-da Siyasət və Qanunvericilik şöbəsinin rəhbəri Fiona MakKluni Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İnklüziv və ədalətli şəhər keçidlərində gənclərin rolu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, tədbirdə təkcə gənclər yox, cəmiyyətdən kənar qalan digər insanlar da nəzərə alınır: "Məqsəd onların həm qərarların qəbulunda iştirak etməsi, həm də şəhər həyatına daha yaxşı qoşulmasıdır. Xüsusilə sosial baxımdan hər kəsi əhatə edən şəhər layihələri üzərində işləyirik".
Onun sözlərinə görə, Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyasına çox böyük maraq olub və təxminən 39 min nəfər qeydiyyatdan keçib
Müxbir - Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:58]
Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb
- 06.06.2026 [15:21]
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
- 29.05.2026 [22:01]
Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı
- 26.05.2026 [18:15]