Şanxay Universitetinin professoru: WUF13-də “ağıllı şəhər”lər və süni intellekt müzakirə olunur
Bakı, 22 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində tədbirlərdə şəhərlərin davamlı inkişafı, “ağıllı şəhər” həlləri və süni intellektin urban mühəndislikdə rolu müzakirə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Şanxay Universitetinin professoru Syu Çjençjun qeyd edib.
Syu Çjençjun Çin təcrübəsinin şəhər yenilənməsi, rəqəmsallaşma və yaşıl inkişaf sahələrində qlobal şəhər siyasətlərinə töhfə verə biləcəyini bildirib və bu istiqamətdə beynəlxalq əməkdaşlığa çağırıb.
Şanxay Universitetinin professoru, həmçinin süni intellektin şəhər idarəçiliyində inteqrasiyasının vacibliyini vurğulayıb, məlumatların vahid sistemlərdə birləşdirilməsi və “ağıllı xidmət” modellərinin formalaşdırılmasının gələcək urban inkişafı üçün əsas istiqamətlərdən biri olduğunu qeyd edib.