XALQ RƏSSAMININ 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY SƏRGİSİ AÇILMIŞDIR
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 19-da Muzey Mərkəzində xalq rəssamı Nadir Qasımovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley sərgisi açılmışdır.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, SSRİ xalq rəssamı Tahir Salahov və başqaları çıxış etmişlər.
Vurğulanmışdır ki, Nadir Qasımov 1928-ci ildə anadan olmuşdur. 1941-46-cı illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1947-53-cü illərdə isə Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasında təhsil almışdır. Gənc yaşlarından etibarən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin fəal iştirakçısı olmuş, özünü bacarıqlı fırça ustası kimi tanıtmışdır. Onun 1961-ci və 1977-ci illərdə Bakıda keçirilən, sənət hadisəsinə çevrilən fərdi yaradıcılıq sərgiləri Azərbaycan tamaşaçıları tərəfindən bu gün də xatırlanır.
İstedadlı rəssamın müxtəlif janrlarda yaratdığı əsərlərdə düşünülmüş məntiqi kompozisiya, orijinal ideya-bədii həll, zəngin kolorit, forma və məzmun dolğunluğu, incəsənətin daimi mövzularının əksi üstünlük təşkil edir.
Sərgidə rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyi, Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasından götürülmüş 80-nə yaxın əsəri təqdim olunur.
Sərgi 5 gün davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]