XALQ ŞAİRİNİN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Şirkətin mədəniyyət mərkəzində keçirilən tədbiri filologiya elmləri namizədi Səadət Qarabağlı açaraq şairin yaradıcılığından danışmışdır.
Filologiya elmləri namizədi Qurban Bayramov Nəriman Həsənzadənin oxucular tərəfindən sevilən poeziyasından, tamaşaçıların maraqla qarşılaşdıqları dram əsərlərindən, nəsr nümunələrindən, ümumiyyətlə şairin bədii yaradıcılığındakı vətənpərvərlik, məhəbbət hisslərindən geniş söz açmışdır.
Azərsun Holdinq Şirkətlər Qrupunun vitse-prezidenti Selahettin Hun çalışdığı qurumun rəhbərliyi adından şairi əlamətdar gün münasibətilə təbrik etmiş, ona hədiyyələr vermişdir.
Muğam Teatrı üzvlərinin ifa etdikləri xalq mahnıları və muğamlar tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.
Sonda N.Həsənzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]