Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin iyunu

Bakı, 27 sentyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X  X  X

4 iyun. Prezident Heydər Əliyev “Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası - 2002” IX beynəlxalq sərgi və konfransının təntənəli açılış mərasimində iştirak etdi.

İtaliyanın energetika, sənaye və istehsal nazirinin müavini Mario Valduççini, Norveç Krallığının neft sənayesi və energetika üzrə dövlət katibi xanım Brit Skelbredi və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

5 iyun. Böyük Britaniyanın, Türkiyənin, “Samsunq Elektroniks” şirkətinin nümayəndə heyətlərini qəbul etdi.

6 iyun. ABŞ Prezidentinin Xəzər hövzəsinin enerji ehtiyatlarının inkişafı üzrə xüsusi müşaviri səfir Stiven Mənn başda olmaqla ABŞ nümayəndə heyəti ilə görüşdü.

8-9 iyun. Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Sankt-Peterburqda səfərdə oldu.

13 iyun. Dövlət İqtisad Universitetinin 70 illik yubileyində iştirak etdi.

14 iyun. London şəhərinin merini qəbul etdi.

15-19 iyun. Naxçıvanda səfərdə oldu. Səfər çərçivəsində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında, “N” hərbi hissəsində görüşlər keçirdi, Naxçıvan Olimpiya kompleksinin açılış mərasimində iştirak etdi, Naxçıvan sakinləri ilə görüşdü. Muxtar respublikanın hakimiyyəti orqanlarının nümayəndələri ilə müşavirədə və Bəhruz Kəngərli muzeyinin təntənəli açılış mərasimində nitq söylədi.

24-28 iyun. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 10 illik yubileyi ilə əlaqədar Türkiyədə işgüzar səfərdə oldu.

X  X  X

2002-ci ilin iyununda Prezident Heydər Əliyevin Sankt-Peterburqa səfəri proqramının zənginliyi ilə diqqət çəkirdi. Ulu Öndər burada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşdü, dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılış mərasimində iştirak etdi. “Sivilizasiyaların dialoqu” beynəlxalq Andrey Pervozvannı mükafatının təqdim edilməsi mərasimində nitq söylədi. Habelə Rusiyanın şimal paytaxtında yaşayan soydaşlarımızla görüşdü.

Sankt-Peterburqa Nizami Gəncəvinin abidəsinin açılışında çıxış edən Prezident Heydər Əliyev bu hadisəni dünya mədəni irsinə böyük ehtiramın ifadəsi, Azərbaycan xalqına bəslənilən dostluq və qardaşlıq hisslərinin təzahürü kimi qiymətləndirdi. Eyni zamanda, İkinci Dünya müharibəsi zamanı, mühasirə günlərində, Ermitajın soyuq salonlarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasını xatırlatdı. Ulu Öndər Sankt-Peterburqda Nizami yaradıcılığının öyrənilməsi sahəsində böyük işlər görüldüyünü vurğulayaraq dedi: “Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır. Nizami insanın cəmiyyətdəki rolunu özünün dünyagörüşü süzgəcindən keçirərək, yaradıcılığında antik yunan və Roma irsini, Şərq fəlsəfəsini və Şərq poeziyasının çoxəsrlik ənənələrini əks etdirə bilmişdir. Nizaminin ürəkləri vəcdə gətirən təkrarolunmaz lirikası və qəhrəmanlıq eposunda onun həqiqi humanizm ideyalarını ehtiva edən fəlsəfi konsepsiyası öz əksini tapmışdır”.

Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması, torpaqlarımızın işğal altında qalması Milli Ordumuzun hər vəchlə gücləndirilməsini tələb edirdi. Bu məsələni daim diqqətdə saxlayan, ordu quruculuğu sahəsində davamlı addımlar atan Prezident Heydər Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı

“N” hərbi hissəsində keçirilən görüşdə Azərbaycan Silahlı Qüvvələrini dövlətimizin ən böyük dayağı və sütunu adlandırdı, çox qısa bir müddətdə güclü Milli Ordu yaradılmasını böyük nailiyyət kimi dəyərləndirdi.

Sitat: Azərbaycanın dövlət müstəqilliyinin ən dəyərli nəticələrindən biri Azərbaycanın Milli Ordusunun yaranması, təşkil olunması və onun müasir tələblərə uyğun hazırlanmasıdır. Hər bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır. Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, tarixi nöqteyi-nəzərdən çox qısa bir zamanda Azərbaycanda güclü Milli Ordu yaranıbdır.

Çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Ulu Öndər torpaqlarımızın işğaldan azad ediləcəyinə, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz elinə-obasına qayıdacağına əmin olduğunu bildirdi, Milli Ordumuzun gələcəyi barədə nikbin fikirlər söylədi: “Sülh danışıqlarını apararkən, biz daim öz hərbi potensialımızı, müdafiə potensialımızı gücləndirməliyik, ordumuzu gücləndirməliyik. Bizim ordumuz nə qədər güclü olsa, apardığımız danışıqlarda bir o qədər də uğurlar əldə edə bilərik. Mən inanıram ki, bizim ordumuz indiyə qədər gücləndiyi kimi, bundan sonra da günbəgün güclənəcəkdir”.

Belə də oldu. Sonrakı illərdə Prezident İlham Əliyevin nəticəyə hesablanmış siyasəti sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrildi. Məhz bu ordu üç il əvvəl 44 günlük Vətən müharibəsində tarixi Qələbəyə imza ataraq, Ermənistan ordusunu darmadağın etdi və torpaqlarımızın 30 illik işğalına son qoydu. Məhz bu ordu 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirləri çərçivəsində Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin hərbi texnikasını, silah-sursat anbarlarını, atəş nöqtələrini cəmi 24 saat ərzində dəqiq zərbələrlə sıradan çıxararaq, separatçıları ağ bayraq qaldırmağa, təslim olmağa məcbur etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün iyunun 24-də İstanbula gəldi. Bu səfər Ankarada Azərbaycan səfirliyi üçün tikilmiş binanın təntənəli açılışı ilə əlamətdar oldu. Ulu Öndər açılış mərasimindəki çıxışında bu binanın Azərbaycanın xaricdə birinci səfirlik binası olduğunu bildirdi və respublikamız üçün önəmli hadisə adlandırdı.

Sitat: Ümid edirəm ki, gələcək illərdə Azərbaycan səfirlikləri olan bütün ölkələrdə öz binalarını tikəcəkdir. Ancaq Azərbaycanın Türkiyədəki, Ankaradakı səfirliyinin binası yenə də birincidir. Necə ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkədir, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliyinin birincisi Ankaradadır.

Prezident Heydər Əliyev, iyun ayında, həmçinin “Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası - 2002” IX beynəlxalq sərgi və konfransının təntənəli açılış mərasimində iştirak və çıxış etdi. Çıxışında səkkiz il əvvəl böyük səylər hesabına imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışan Ulu Öndər Azərbaycanın yeni neft strategiyasının bundan sonra da müsbət nəticələr verəcəyinə inamını dilə gətirdi.

X  X  X

Heydər Əliyevin “Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası - 2002” IX beynəlxalq sərgi və konfransının açılışındakı nitqindən

• "Əsrin müqaviləsi"nin imzalanması dünya və xüsusən neft və qaz hasilatı ilə məşğul olan ölkələr, ümumiyyətlə, enerji ehtiyatlarına maraq göstərən ölkələr üçün mühüm hadisəyə çevrilmişdir. Bəlkə də bu, möcüzə kimi qəbul olunmuşdu.

• 1994-cü ildə biz bu addımı atdıq. Buna inanmayanlar, bunu fantaziya hesab edənlər vardı. Bizim bu işimizə mane olmağa çalışanlar vardı. Dərhal dünyanın bir çox mərkəzlərindən səslər gəldi ki, Xəzərin hüquqi statusu müəyyən olunmayana qədər dənizdə belə genişmiqyaslı iş görmək olmaz. Bizim bu işimizə etiraz etdilər. Ancaq biz atdığımız addıma çox inanırdıq və bununla bərabər, çox əzmlə hərəkət edirdik. İndi bizim əldə etdiyimiz nailiyyətlər göz qabağındadır.

• Xəzər dənizi, Xəzər hövzəsi indi dünyanın ən zəngin neft və qaz yataqlarına malik olan bir bölgə kimi tanınmışdır. Buna görə də Xəzəryanı ölkələr son illər öz sahillərində, öz sektorlarında neft və qaz hasilatı ilə məşğul olmağa başlamışlar. Bu işin çox böyük gələcəyinə, perspektivlərinə inanırlar.

• Azərbaycanın dövlət neft strategiyası bundan sonra da öz müsbət nəticələrini verəcəkdir. Ölkəmizdə gördüyümüz bu işlər, dediyim kimi, dövlət müstəqilliyimiz sayəsində mümkün olmuşdur. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulmasının nəticəsidir. Azərbaycanda demokratik dəyərlərin, bazar iqtisadiyyatının bərqərar olunmasının nəticəsidir. Biz bunları, təbiidir ki, ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi üçün, xalqımızın rifah halının yaxşılaşdırılması, müstəqil Azərbaycan dövlətinin iqtisadi cəhətdən daha da qüdrətli olması üçün edirik. Biz bu yolumuzu bütün istiqamətlərdə davam etdirəcəyik.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

NATO-nun Hərbi Komitəsinə alman general rəhbərlik edəcək

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır

Hərbi ekspert: Antiterror tədbirləri separatizmin tabutuna vurulan son mismar oldu

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək

Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Bu saata olan əsas xəbərlər

Bədii rəhbər: Torpaqlarımız azad olunandan sonra ansamblımızın fəaliyyətini bərpa etdik

Gülzadə Abdulova: Nümayiş etdirdiyimiz geyimlər tarixi fotoşəkillər əsasında hazırlanıb

Həsən Həsənov: Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması nəticəsində yaranmayıb

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Ellada Bəkirova: Alban xristianlığından qalan müqəddəs yerlər xalqımızın tarixi yaddaşında yaşayıb

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Deputat: 28 Maydan 20 Sentyabra uzanan yol Azərbaycanın dövlətçilik iradəsinin tarixidir

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Göygölə dolu düşüb - FAKTİKİ HAVA

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu – RƏY

Qubada Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyi qeyd olunub

Münxendə 191-ci Oktoberfest start götürüb

Şair Ramaldanov: Antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini tam bərpa edib

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Türkiyədə “Prezident Administrasiyasının arxivindən fotolarla. Demokratiyaya vurulan zərbə: 27 May” kitabı nəşr olunub

Türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi prioriteti olaraq qalır – ŞƏRH

Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?

“Qədim daşlar arasında” klassik musiqi

Həkəri çayında batan şəxsin meyiti tapılıb

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Ülviyyə Əliyeva: Artıq 18 ildir “Arşın mal alan”da Telli rolunu ifa edirəm

“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır

Emin Bağırov: 20 Sentyabr Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təsdiqləyən tarixi gündür

Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə töhfə verir – ŞƏRH

AMEA rəhbərliyi və Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanın məzarını ziyarət edib

“Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rumıniya mətbuatı: Azərbaycan qazı qış ərəfəsində ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

Politoloq: Türk Dövlətləri Təşkilatı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir - ŞƏRH

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Bazar gününün hava proqnozu açıqlanıb

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Ordubadda “Cənnətin iqamətgahı” filminin premyerası olub

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Suriyada silah anbarında partlayış baş verib, ölənlər var

Qazaxda doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Dörd yaşında yarımçıq qalan ömür

Milli Kitabxana “Üzeyir Hacıbəyli: milli musiqi irsinin memarı” adlı metodik vəsaiti onlayn rejimdə istifadəçilərə təqdim edib