Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin sentyabrı

Bakı, 11 oktyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

2 sentyabr. Prezident Heydər Əliyev Bilik Günü münasibətilə Suraxanı rayonundakı 275 nömrəli məktəbdə keçirilən mərasimdə iştirak etdi.

6 sentyabr. Görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevə “İstiqlal” ordenini təqdim etdi.

8 sentyabr. Müslüm Maqomayevin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söylədi.

10 sentyabr. Türk Sənayeçiləri və İş Adamları Vəqfinin sədri Vəli Sarıtoprağın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

11 sentyabr. Dünya Turizm Təşkilatının baş katibi Françesko Franjiallini qəbul etdi.

12 sentyabr. Gəncə şəhərinə getdi. Orada Olimpiya İdman Kompleksinin açılışında iştirak etdi. “N” hərbi hissəsində əsgər və zabitlərlə görüşdü, Gəncə şəhəri İcra Hakimiyyətində müşavirə keçirdi.

13 sentyabr. Gəncədən Goranboy rayonuna gəldi. Aşağı Ağcakənd qəsəbəsinin açılışında nitq söylədi.

17 sentyabr. Ölkəmizə işgüzar səfərə gəlmiş Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərlə, Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşdü. ABŞ-ın energetika naziri Spenser Abrahamı və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

18 sentyabr. Səngəçal Sahil terminalında Baki-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə birgə iştirak etdi.

BTC-nin təməlinin qoyulması münasibətilə dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafətdə nitq söylədi.

22 sentyabr. Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyov başda olmaqla RF nümayəndə heyətini qəbul etdi.

24-27 sentyabr. Rusiya Federasiyasında işgüzar səfərdə oldu. Səfər zamanı RF Prezidenti Vladimir Putinlə, Moskva şəhərinin meri Yuri Lujkovla, RF xarici işlər naziri İ.İvanovla, Moskva hökumətinin yüksək vəzifəli nümayəndələri ilə görüşdü.

28 sentyabr. ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi.

XXX

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə mədəniyyət və incəsənətin inkişafına, mədəniyyət xadimlərinə böyük diqqət və qayğı göstərirdi. Azərbaycan naminə yaşayıb yaradan hər bir sənət adamı kimi, əfsanəvi bəstəkar və müğənni Müslüm Maqomayev də bu qəbildən idi. Ulu Öndər onu musiqi sənətinin canlı əfsanəsi adlandırır, yaradıcılığını və ifasını yüksək qiymətləndirirdi. Müslüm Maqomayev ömrünün böyük hissəsini Moskvada yaşasa da, azərbaycanlı olması ilə fəxr edir, Prezident Heydər Əliyevin dəstəyini heç vaxt unutmurdu. Bu qarşılıqlı hörmət və sevginin nəticəsi idi ki, dünyaşöhrəti musiqiçinin son mənzili doğma Bakı, Fəxri xiyaban oldu.

2002-ci il sentyabrın 6-da Prezident iqamətgahında görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 60 illiyi ilə əlaqədar Azərbaycanın ali dövlət mükafatının - “İstiqlal” ordeninin təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi. Mərasimdəki nitqində onun yaradıcılığını Azərbaycan mədəniyyəti və incəsənətinin ayrılmaz və çox mühüm hissəsi adlandıran Ulu Öndər dedi ki, mədəniyyətimizin son 40 ildən artıq tarixini Müslüm Maqomayevsiz təsəvvür etmək mümkün deyil.

Sentyabrın 7-də isə görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Heydər Əliyev yubilyarın ifa etdiyi “Azərbaycan” mahnısının böyük təsir gücünə malik olduğunu vurğuladı: “Bu, Müslüm Maqomayevin öz əsəridir. Onu özü yaratmışdır və neçə illərdir harada, hansı ölkədə çıxış edirsə-etsin, onu hər yerdə və hər yanda gözəl oxuyur. Müslümün ifasında bu mahnı güclü təəssürat doğurur və çox böyük təsir bağışlayır, ən başlıcası isə, xalqına, respublikasına sadiq olan Müslüm öz hisslərini bu mahnı vasitəsilə ifadə edir və Azərbaycanımızı tanıdır. Təkcə bu mahnıya görə Müslüm həm bir bəstəkar kimi, həm də ifaçı-müğənni kimi ən yüksək qiymətə layiqdir”.

Ulu Öndər çıxışında Müslüm Maqomayevin 60 illik yubileyinin Azərbaycanda belə yüksək səviyyədə keçirilməsini onun yaradıcılığına ümumxalq ehtiramının əlaməti və Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə verilən yüksək qiymətin ifadəsi kimi səciyyələndirdi.

İndi isə Prezident Heydər Əliyevin Bakı Əyləncə Mərkəzində Müslüm Maqomayevin şərəfinə təşkil olunmuş rəsmi qəbuldakı nitqindən götürülmüş iki sitata nəzər salaq.

Birinci sitat: Müslüm Maqomayev özünün gözəl mahnıları ilə və incəsənət, mədəniyyət sahəsində görkəmli fəaliyyəti ilə Azərbaycanın tarixinə daxil olmuşdur. O bizim mədəniyyətimizi, mahnı sənətimizi zənginləşdirmişdir, böyük məhəbbət, çox yüksək nüfuz qazanmışdır. O, Azərbaycan xalqının oğlu olaraq, burada dünyaya gəlmiş və ilk addımlarını Azərbaycanda atmışdır, amma sonra, sadəcə, Azərbaycanın çərçivəsinə sığmamışdır. Bu da təbiidir. Çünki onun yaradıcılığı, onun sənəti, onun mahnıları daha geniş auditoriya, xalqla daha geniş ünsiyyət tələb edirdi. Odur ki, Müslüm hələ çox-çox illər əvvəl, hələ erkən yaşlarından Moskva səhnəsində görünmüşdür. Onun Azərbaycanda olduğu kimi, Moskva səhnəsində görünməsi də Sovetlər İttifaqı paytaxtının, Moskva kimi çox iri şəhərin mədəni həyatında hadisəyə çevrilmişdir.

İkinci sitat: O harada olurdusa-olsun, hər yerdə hamını heyran qoyur, böyük hisslər oyadırdı, onun konsertlərinə düşmək çətin idi və xalq onu görmək istəyirdi... Belə maraq ilk növbədə onun əla, nadir səsi ilə bağlı idi. Belə maraq onun təkraredilməz ustalığı ilə bağlı idi. Güclü, yaxşı, xoş avazlı səsə malik olmaq kifayət deyildir, əgər müğənni öz səsindən, Allah vergisi olan istedadından istifadə edə bilmirsə, insanların məhəbbətini və rəğbətini qazana bilməz. Müslüm isə bu baxımdan böyük artist, çox böyük usta, mahnı ustası, söz ustası, artistizm ustası olduğunu göstərdi.

Xronologiyadan göründüyü kimi, 2002-ci ilin sentyabrında baş verən ən əlamətdar hadisə Səngəçal sahil terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin təməlinin qoyulması oldu. Sentyabrın 18-də bu münasibətilə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevlə yanaşı, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Gürcüstan Prezidenti Eduard Şevardnadze də iştirak etdilər.

Mərasimdə çıxış edən Ulu Öndər bu layihənin əsasının 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının müştərək işlənilməsi üçün Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında müqavilə imzalanarkən qoyulduğunu xatırlatdı. “Əsrin müqaviləsi” adlanan sənədə əsasən, həmin yataqlardan gələcəkdə ildə 50 milyon tondan artıq neft hasil edilməsinin nəzərdə tutulduğunu bildirərək dedi: “Hasil olan neft dünya bazarlarına çıxarılmalıdır. Bunun üçün müxtəlif yollar var idi, müxtəlif marşrutlar var idi. Ancaq biz Azərbaycan olaraq öz dostlarımızla - Türkiyə Cümhuriyyəti ilə, Gürcüstanla və təbiidir ki, bu layihədə iştirak edən şirkətlərlə birlikdə gələcəkdə hasil olunacaq nefti Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdırmağı qərara aldıq”.

Bu qərarın çox mübahisələr doğurduğunu, müqavimətlə üzləşdiyini deyən Ulu Öndər çıxışında bəyan etdi ki, neftin sahibi bizik və nefti də haradan ixrac etmək birinci növbədə, bizim hüququmuz idi: “Bizə çox təzyiqlər etdilər. O vaxt Azərbaycanda ictimai-siyasi vəziyyət o qədər də sabit deyildi. 1993-cü ildə burada vətəndaş müharibəsi baş vermişdi. Biz onların qarşısını aldıq və müqaviləni imzaladıq”.

Daha sonra BTC-yə gedən yoldan danışan Azərbaycan Prezidenti 1999-cu ilin noyabrında İstanbulda Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan arasında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasına başlamaq üçün anlaşma və bəyanat imzalandığını diqqətə çatdırdı. Qeyd etdi ki, ABŞ Prezidenti Bill Klinton da öz dövləti adından bu bəyanata öz imzasını qoydu. Bu da BTC boru xətti layihəsinin reallaşması istiqamətində atılan həlledici addımlardan biri oldu.

Cəmi üç il sonra - 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Azərbaycan hissəsinin açılış mərasimi keçirildi. Beləliklə, vaxtilə xəyal, əfsanə hesab edilən nəhəng layihə uğurla tamamlandı.

Ulu Öndərin BTC ilə bağlı gözləntiləri özünü günümüzdə tamamilə doğruldur. Xəzər dənizi sahilindəki Səngəçal terminalını Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalı ilə birləşdirən BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. Bu boru kəməri vasitəsilə, həmçinin Türkmənistan, Qazaxıstan və Rusiya nefti də dünya bazarlarına ötürülür.

2023-cü ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 546 milyon tondan çox (4,1 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5402 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin ümumilikdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 2023-cü il yanvarın 18-i tarixində qeyd edilib. Azərbaycan öz neftinin 80 faizini dünya bazarına məhz bu boru kəməri vasitəsilə çıxarıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

NATO-nun Hərbi Komitəsinə alman general rəhbərlik edəcək

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır

Hərbi ekspert: Antiterror tədbirləri separatizmin tabutuna vurulan son mismar oldu

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək

Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Bu saata olan əsas xəbərlər

Bədii rəhbər: Torpaqlarımız azad olunandan sonra ansamblımızın fəaliyyətini bərpa etdik

Gülzadə Abdulova: Nümayiş etdirdiyimiz geyimlər tarixi fotoşəkillər əsasında hazırlanıb

Həsən Həsənov: Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması nəticəsində yaranmayıb

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Ellada Bəkirova: Alban xristianlığından qalan müqəddəs yerlər xalqımızın tarixi yaddaşında yaşayıb

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Deputat: 28 Maydan 20 Sentyabra uzanan yol Azərbaycanın dövlətçilik iradəsinin tarixidir

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Göygölə dolu düşüb - FAKTİKİ HAVA

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu – RƏY

Qubada Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyi qeyd olunub

Münxendə 191-ci Oktoberfest start götürüb

Şair Ramaldanov: Antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini tam bərpa edib

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Türkiyədə “Prezident Administrasiyasının arxivindən fotolarla. Demokratiyaya vurulan zərbə: 27 May” kitabı nəşr olunub

Türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi prioriteti olaraq qalır – ŞƏRH

Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?

“Qədim daşlar arasında” klassik musiqi

Həkəri çayında batan şəxsin meyiti tapılıb

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Ülviyyə Əliyeva: Artıq 18 ildir “Arşın mal alan”da Telli rolunu ifa edirəm

“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır

Emin Bağırov: 20 Sentyabr Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təsdiqləyən tarixi gündür

Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə töhfə verir – ŞƏRH

AMEA rəhbərliyi və Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanın məzarını ziyarət edib

“Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rumıniya mətbuatı: Azərbaycan qazı qış ərəfəsində ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

Politoloq: Türk Dövlətləri Təşkilatı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir - ŞƏRH

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Bazar gününün hava proqnozu açıqlanıb

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO