Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqın inamını və sevgisini qazanan siyasi Lider!

Xalqın inamını və sevgisini qazanan siyasi Lider!

Bakı, 15 oktyabr, AZƏRTAC

Beynəlxalq aləmdəki mövcud vəziyyət, sosial, iqtisadi və siyasi əlaqələrin getdikcə artan mürəkkəbliyi, proseslərin durmadan dinamik sürəti XXI əsrdə dünya birliyinin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Yeni cəmiyyət də müasir texnologiyalar və modelləri nəzərdə tutur. Bütün bu proseslərdə danılmaz bir amil var, bu da milli siyasi lider məsələsidir. Lider öz savadı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir. Bu mənada Azərbaycan xalqı öz Lideri ilə fəxr edir və bunun üçün bütün əsaslar var.

Bu fikirlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynovanın “Xalqın inamını və sevgisini qazanan siyasi Lider!” sərlövhəli məqaləsində yer alıb.

Bildirilib ki, hələ 2003-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək, özünün siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etdi. Ulu Öndər Onun şəxsi keyfiyyətlərini xarakterizə edərək, bildirmişdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”. Azərbaycan xalqı bu müraciətə adekvat olaraq İlham Əliyevi Prezident seçməklə həm Heydər Əliyevin siyasi kursa sadiqliyini, həm də ona olan sevgisini və inamını bir daha sübut etdi. 18 il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev siyasi lider olaraq, xalqa verdiyi bütün vədləri yerinə yetirir. Öz əxlaqi yetkinliyi, xarakter bütövlüyü, ictimai və siyasi cəsarəti, təşəbbüskarlığı, həssaslığı ilə həm xalqımızın, həm də beynəlxalq ictimaiyyətin hörmətini qazanıb. Ötən müddət ərzində müasir inkişaf dövrünü yaşayan Azərbaycanda çox mühüm dəyişikliklər, nəzərəçarpan yüksəliş baş vermişdir. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə müsbət təsirini göstərir. Onun həyata keçirdiyi sosial dövlət siyasətinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycan Prezidenti dəfələrlə qeyd edir: “bizim siyasətin mərkəzində vətəndaş dayanır”. Hər zaman vətəndaşın yanında olan dövlətimizin başçısı özü vətəndaşlarla görüşə can atır, onlarla canlı ünsiyyət qurur, dinləyir. Vətəndaşın xoş günündə, çətin günündə də bir an onları tək qoymayıb. Bu, böyük bir xalq sevgisidir, vətən sevgisidir.

Dövlətimizin başçısı İlham Əliyev “Vaqif Poeziya Günləri”nin rəsmi açılışında çıxışı zamanı 18 illik Prezidentlik dövrünün əsas qayəsini bildirdi. Bu, ədalətin bərqərar olması idi: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi”. Sözün əsl mənasında, 18 il mübarizə aparan dövlətimizin başçısı bütün sahələri inkişaf etdirməklə, dünyada Azərbaycanın nüfuzunu artırmaqla, ordu quruculuğunu gücləndirməklə, nəhəng neft-qaz, enerji layihələrini reallaşdırmaqla, vətənpərvər gənc nəsil yetişdirməklə ədalətin bərpasına nail oldu. Heç bir təzyiqə, təhriklərə məhəl qoymadı, bir an belə geri çəkilmədi. Bu, əsl liderlik nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu. Bir çox ölkələr var ki, yeraltı və yerüstü təbii sərvətlərlə zəngindir. Ancaq onlar bu ehtiyatların düzgün istismarına yönələn layihələri reallaşdıra bilmir, nəticədə həm siyasi, həm də iqtisadi cəhətdən problemlər yaranır. Məhz Prezident İlham Əliyevin praqmatikliyi, uzaqgörənliyi, müdrikliyi nəticəsində bu gün ölkəmiz dünyada bir sıra mühüm layihələrin reallaşmasında aparıcı rol oynayır.

Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Dövlətimizin başçısının bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Dövlətimizin başçısı İlham Əliyevin ən böyük liderlik keyfiyyətlərindən biri əsas milli dəyərləri təcəssüm etdirmək, müasir və əvvəlki nəsillərin ənənələri ilə əlaqələndirmək cəmiyyətdə təkrarlanacaq və yayılacaq prinsipcə yeni bir davranış və düşüncə modeli yaratmaq, xalqımızda inam və nikbinlik aşılamaq bacarığıdır. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyevin gənclərin potensialının artırılmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Bunlar hamısı nə üçündür? Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün ölkəmizə çevrilən təhlükələri dərk edir və bunun məsuliyyətini anlayır. O, dövlət quruculuğu məsələlərində beynəlxalq tendensiyaları nəzərdə saxlayaraq, ölkənin müasir inkişaf strategiyasını yaratmaqla onu qlobal təhlükələrdən qoruya bildi. Dövlət başçısı islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mədəni- mənəvi və ailə dəyərlərini önə çəkdi. Dünyaya “Bakı prosesi” layihəsini təqdim etdi.

Ötən 18 ildə cəmiyyətin inteqrasiyasına nail oldu, sosial, siyasi, dini, milli müxtəliflikdən birlik yarada bildi. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərdir. Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin nəticəsində Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Prezident İlham Əliyev dəfələrlə deyib ki, heç bir vətəndaş diqqətdən, qayğıdan kənarda qalmamalıdır, hər kəsin hüquqları qorunmalıdır. Bu sahədə aparılan dövlət siyasətini insanlar da müsbət qarşılayırlar. Məmur vətəndaş münasibətlərində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi bu siyasətin ən bariz nümunəsidir. Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin daha sağlam təməl üzərində insaf etdirilməsi yeni siyasi mühitin formalaşmasının göstəricisidir.

Prezident İlham Əliyevin şah əsəri - Qarabağın və Şərqi Zəngəzurun erməni faşizminin işğalından azad edilməsidir. Ulu öndər Heydər Əliyev əmin idi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi İlham Əliyev başa çatdıra biləcək. Şəhidlərimizin, Ümummilli Liderimizin ruhu, xalqımızın qarşısında verilən andı yerinə yetirməklə ölkə başçısı bir daha bu inamı doğrultdu, insanları sevindirdi. Ötən müddət ərzində hər bir atılan addım, keçirilən görüş, reallaşan layihələr Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, mərd xalq kimi tanıtdı. Xalqımızın özünə inamını qaytardı, ona yenidən ruh verdi. Qələbədən keçən bir müddət ərzində erməni vandalları tərəfindən darmadağın olan, sərvətləri talan edilən şəhər və kəndlərimizi yenidən dirçəlir, canlanır. Çox tezliklə öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıdacaqlar. Böyük Qayıdış strategiyasının sürətlə həyata keçirilməsi bunun bariz nümunəsidir.

Hər bir vətəndaş istəyir ki, təhlükəsiz və rifah həyat yaşasın, arzuları gerçək olsun, cəmiyyətdə özünə layiqli yer tutsun və ən əsası gələcəyindən arxayın olsun. Bütün bunlar isə o zaman həqiqətə çevrilir ki, həmin xalqın verdiyi sözü əməli fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkəsinin inkişafını təmin edən, özünü hər bir vətəndaşın prezidenti kimi təsdiqləyən lideri olsun. Bu gün Azərbaycan vətəndaşı ölkə Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, onu dəstəkləyir və inanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda avtomobil su arxına düşüb, sürücü ölüb

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6438-ə çatıb

Leyla Bəyim: Natəvan kimi şəxsiyyətlər xalqın mədəni kodunu formalaşdırır

ABŞ-də Tupak Şakurun qətlinə dair iş üzrə məhkəmənin ilk iclası olub

Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dollar məbləğində qiymətləndirilib

Çində həkimlər iki ayağını itirmiş pasiyentə replantasiya əməliyyatını həyata keçiriblər

Məşhur ifaçıların albomları ilə ABŞ-də yol-nəqliyyat hadisələri arasındakı əlaqə araşdırılıb

NASA və ESA astronavtları təmir işləri üçün açıq kosmosa çıxacaqlar

Rusiyada birinci sinif şagirdləri üçün azı 40 dəqiqəlik dinamik fasilələr tövsiyə olunub

BMT rəsmisi Yəməndə mülki əhali arasında qurbanların sayının artmasından narahatdır

“Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanan qanun qüvvəyə minib

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

Siciliyada Antonello da Messinanın əsərlərini oğurlayanların istifadə etdiyi ehtimal olunan furqon aşkarlanıb

Hindistanda yaşı 3,5 milyard il olan biogen mənşəli çöküntülər aşkar edilib

Teyara Velimetova: Kitabımın əsasını Müslüm Maqomayevlə Tamara Sinyavskayanın sevgi hekayəsi təşkil edib

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

Kuşner: 30 gün ərzində Qəzza məsələsində irəliləyiş görə bilərik

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

Tramp: Biz blokada vasitəsilə Hörmüz boğazına nəzarət edirik

Azərbaycan güləşçiləri dünya çempionatına iki medalla start veriblər

Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib

Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi başlanıb

Tamara Sinyavskaya: Bakıda hər dəfə Müslüm Maqomayevin varlığını hiss edirəm

Premyer Liqa: “Qarabağ” üç xalı üç qolla qazanıb

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə töhfə verir

Tbilisidə Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi açılıb

Almaniyanın xidmət işçiləri altı limanda xəbərdarlıq tətili keçirəcəklər

Süni intellekt Brüsselin siyasi dairələrində lobbiçilərin fəaliyyətini dəyişir

Əyyub Quliyev: Müslüm Maqomayevin sənəti ilə insanlığı bir-birini tamamlayırdı VİDEO

Əyyub Quliyev: Müslüm Maqomayevin sənəti ilə insanlığı bir-birini tamamlayırdı VİDEO

Bu saata olan əsas xəbərlər

Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq

Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Şəmkirdə ağır yol qəzası ölümlə nəticələnib

Aİ Avropada meşə yanğınlarına qarşı mübarizəyə əlavə dəstək göndərib

Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq sevgisinə baxmayaraq, sadə insan olaraq qalırdı VİDEO

Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq sevgisinə baxmayaraq, sadə insan olaraq qalırdı VİDEO

Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər VİDEO

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər VİDEO

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 19 mindən çox nikah bağlanıb

Azərbaycanda bu ilin birinci yarısında 41 minə yaxın körpə doğulub

2026/2027-ci tədris ili üçün ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

Əməkdar rəssam: NDU-da açılacaq Heykəltaraşlıq ixtisası müasir sənət təhsilinin inkişafına töhfə verəcək

Aygün Attar: TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu il Avropanın ən iri neft şirkətləri 5,55 milyard avro məbləğində mənfəət əldə ediblər

Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir

Mehmet Özçubukçu: TRIPP Orta Dəhlizin potensialını və dayanıqlılığını artıra biləcək mühüm bağlantıdır

Cahangir Səlimxanov: Müslüm Maqomayevin sənəti zamanın fövqündə dayanır VİDEO

Cahangir Səlimxanov: Müslüm Maqomayevin sənəti zamanın fövqündə dayanır VİDEO

Naxçıvana 258 milyon manatın ayrılması regionun dayanıqlı inkişafına yönəlmiş siyasətin növbəti mühüm hissəsidir – RƏY

Ceymi Vardi Braziliya klubu ilə anlaşıb

ABŞ eksperti: TRIPP Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər

Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib VİDEO

Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib VİDEO

“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb

Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümünü qeyd edilib

Böyükşor gölünün suyu nə üçün yaşıl rəngə boyanıb? - analizin nəticələri açıqlandı

Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib VİDEO

Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib VİDEO

Buğaçda “Qurultay”: macar ənənələri və köçəri xalqların irsi

Gürcüstanda azərbaycandilli ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb

Türkiyənin “MARLİN” ekipajsız katerləri dəniz minalama sistemi ilə təchiz edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Yeddi ayda külək elektrik stansiyalarından istehsal 22 dəfə artıb

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olunub

Bu il Günəş enerjisi üzrə 459 giqavat/saat yeni batareya tutumu istifadəyə veriləcək

Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda tədbir təşkil olunub

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb

AZAL Atırauya ilk reysini həyata keçirib

Tramp Hörmüz boğazında ABŞ-nin səylərinə mane olarsa, Omana hücum edəcəyini açıqlayıb

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır VİDEO

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır VİDEO

Şuşanın Kiçik Qaladərəsi kəndinə köçən 11 ailəyə mənzillərin açarları təqdim edilib

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Dövlət orqanlarında 847 vakant inzibati vəzifənin tutulması üçün müsahibə elan edilib

Yeni sülh və kommunikasiya gündəliyinin kəsişdiyi məkan ŞƏRH

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Özəlləşdirmə və icarədən büdcəyə 145 milyon manat vəsait ödənilib

Neft məhsullarının istehsal dəyəri 3 milyard manatı ötüb

Türkiyə vətəndaşı uşaq ölümlərinə diqqəti cəlb etmək üçün 730 kilometr yolu piyada gedəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 33 faizi ötüb

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan uzaq qalacaq

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Brüsseldə açılan “Postkolonial?” sərgisi Avropanın müstəmləkəçilik irsini araşdırır

Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 13,3 milyard kubmetr qaz ixrac edilib

2020-ci ildən bəri Avropada 624 hidrogen layihəsi qeydə alınıb

Arif Əsədov: Zubirin gedişi “Qarabağ”a müvəqqəti çətinlik yaradacaq

“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif etməyə hazırlaşır

® Aylıq 1 faizdən başlayan “Lombard” krediti

ANAMA: Ötən həftə 132 mina aşkarlanaraq zərərsizləşdirilib

Rəsədxana: Avqustun 17-18-də zəif geomaqnit qasırğası gözlənilir

Avropada qaz anbarlarının doluluq nisbəti 60,8 faizdir

Yaxın iki gündə hava əsasən yağmursuz keçəcək - Açıqlama

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla yekunlaşıb

Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur ŞƏRH

Naxçıvanın müdafiə, enerji və logistika dayanıqlığının gücləndirilməsi təhlükəsizlik arxitekturasının əsasını təşkil edir- ŞƏRH

Məlahət Abbasova Türkiyənin Film-San teatr mükafatının münsiflər heyətinə seçilib

Türkiyədə Ani qalasının fəthinin 962-ci ildönümü qeyd olunub

Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb

Gənclərin dini təhlükəsizliyi: sosial şəbəkələr və müasir çağırışlar

Böyük Britaniyada rekord istilərdən sonra hava şəraiti kəskin dəyişəcək

“AstraZeneca” ağciyər xərçəngi üzrə mühüm klinik sınağı dayandırıb

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO