Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xankəndi Zəfəri - əsrə bərabər 20 ilin ən tarixi günü

Xankəndi Zəfəri - əsrə bərabər 20 ilin ən tarixi günü

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev üç il öncə, 2020-ci il 27 sentyabr, səhərin erkən saatlarında düşmənin növbəti hücumuna qarşı Orduya bütün cəbhə boyu əks-hücum əmri verməklə, təkcə Azərbaycan tarixində deyil, bütövlükdə bölgənin və Türk dünyasının tarixində yeni səhifə açmış oldu. Həmin gün 2016-cı ilin Aprel döyüşlərindən 4 il, 2018-ci ilin mayındakı Günnüt hərbi əməliyyatından 2 il, Tovuz döyüşlərindənsə cəmi 2 ay keçirdi. Dünya hərb tarixində hər günü düşmənin məğlubiyyəti ilə tarixə düşən bir müharibə yoxdur. Cəmi 44 gün ərzində 30 illik işğala son qoyuldu, düşmən darmadağın edilərək tam məğlubiyyət - kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Lakin bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən korrupsiyalaşmış siyasətçilər tərəfindən şirnikləndirilən təcavüzkar dövlət 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının maddələrinin icrasını təmin etmək əvəzinə, gizli şəkildə silahlanmağa, revanşizmin təbliğinə üstünlük verdi. Ötən ilin sentyabrında Daşkəsən, Kəlbəcər, Laçın sərhədləri boyu təxribatlar törətdi, mina terroruna əl ataraq 300-dən çox vətəndaşımızın həyatına bais oldu. Bütün bu təxribatlara qarşı işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı düşmənə dəfələrlə xəbərdarlıq edən Ali Baş Komandan bunun cavabında “Dəmir yumruğ”un gücünü yenidən görməli olacaqlarını söyləyirdi və belə də oldu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova söyləyib. K.Nəcəfova bildirib ki, suverenliyimizin tam bərpası istiqamətində inamla irəliləyən və əsas hədəfə doğru addım-addım yaxınlaşan Ali Baş Komandan, oktyabrın 15-də, hakimiyyətinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı. Xankəndinin əsas meydanından xalqa müraciət edən Prezident İlham Əliyev ilk gündən xalqa verdiyi sözü yerinə yetirmək üçün xalqı səfərbər edərək gecə-gündüz necə çalışdığını belə ifadə etdi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin məhz bu ildə tamamlanması rəmzi məna daşıyır. Xankəndi Zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfədir. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən üç il sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edilməsi, Azərbaycanın müstəqilliyini, hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiya tam yerinə yetirildi:

- 2023-cü il aprelin 23-də Laçın rayonunun Həkəri körpüsü üzərində - Ermənistanla şərti dövlət sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə Azərbaycanın ərazi bütövlüyü praktiki olaraq təmin edildi;

- Azərbaycan torpağında erməni separatizminin nəfəsliyi olan “Laçın dəhlizi” ləğv edildi, bütün Qarabağa və Şərqi Zəngəzura tam nəzarət Azərbaycanın daxili işinə çevrildi;

- Azərbaycan torpağında separatizmin ləğvi və ərazimizdə qalan erməni silahlı dəstələrinin təminatları kəsildi, Ermənistan ərazisindən silah-sursat daşınmasının qarşısı alındı;

- Qarabağın erməni əhalisinin reinteqrasiya prosesi ön plana çıxarıldı, erməni əhalisinin separatçıların və terrorçuların girovluğundan xilas edilməsi istiqamətində praktiki addımlar atıldı;

- 2023-cü il 19 sentyabr tarixli lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində Ermənistan ordusunun tör-töküntüləri darmadağın edildi, separatçı - terrorçu dəstələr tərk-silah və təslim edildi;

- 44 günlük Zəfər yürüşündə BMT-nin 4 Qətnaməsini təkbaşına icra edən dövlətimiz, yenə təkbaşına 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icra olunmamış maddəsinin icrasını təmin etməyi bacardı;

- 28 sentyabrda Qarabağdakı separatçı rejim “rəsmi olaraq” özünü buraxdı və bununla da 2020-ci ilin 27 sentyabrında başlayan, Azərbaycanın 200 illik məğlubiyyət tarixini dəyişdirən, bölgədə tamamilə yeni reallıqlar yaradan Vətən müharibəsində əldə edilmiş Zəfər tamamlandı;

- 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs Azərbaycan Bayrağını Ağdərədə, Xocalıda və Xankəndidə qaldıraraq xalqımıza 30 ildən çox səbirlə gözlənilən ən böyük müjdəni - tam qələbə xəbərini verdi;

- 32 il ərzində Xankəndidə separatizm, terrorçuluq, türk düşmənçiliyi təbliğatının yuvasına çevrilmiş binanın üzərinə Azərbaycan Respublikasının gerbini vurdurdu, önündə müqəddəs Azərbaycan Bayrağı qaldıraraq revanşizm çağırışları edənlərə də son xəbərdarlığını etdi;

- Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bundan düz 20 il əvvəl 2003-cü il oktyabrın 15-də fəaliyyətinin ilk günündə xalqa verdiyi vədi tam yerinə yetirdi;

- Sözü imzası qədər keçərli, siyasi iradəsi, prinsipiallığı, uzaqgörənliyi ilə ən yeni Azərbaycan tarixinə öz möhürünü vurmuş və gələcək nəsillərə parlaq inkişaf yolu açmış Lider - İlham Əliyev Azərbaycan ərazisində erməni separatizminə son qoydu, Azərbaycanın müstəqilliyini, hər bir qarış torpağı üzərində suveren hüququnu tam bərpa etdi;

- Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz 2023-cü ildə milli dövlətçiliyimiz Prezident İlham Əliyevin hər incə detalına qədər düşünülmüş planı reallaşdırması nəticəsində əldə olunmuş Xankəndi Zəfəri ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil oldu.

“Mən bir şəhid bacısı olaraq, bu şanlı tarixi bizə yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı, çətin və şərəfli missiyasında böyük uğurlar arzulayıram. Qoy, bu tarixi günlərdə Azərbaycan Respublikasının suverenliyi uğrunda, haqq-ədalət uğrunda öz canını fəda etmiş şəhidlərimizin və bütün həyatını Azərbaycanın parlaq gələcəyi uğrunda çıraq kimi yandıran Ümummilli Lider Heydər Əliyevin əziz ruhları şad olsun! Qarabağ bizim əzəli torpağımızdır, bundan sonra da əbədi olaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalacaq!” - deyə Kəmalə Nəcəfova vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada ilk qar

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb