Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xarıbülbül” festivalı – Qarabağımıza əbədi qayıdışımızın nişanəsi

“Xarıbülbül” festivalı – Qarabağımıza əbədi qayıdışımızın nişanəsi

Bakı, 21 may, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsi, əldə etdiyimiz möhtəşəm Qələbə və Zəfər günündən sonra bir-birinin ardınca müşahidə etdiyimiz qürurverici hadisələr bizim üçün bir çox mətləblərə aydınlıq gətirdi...

Bu məqamda, təbii ki, müstəqilliyimizin ilk illəri xatırlanır; 90-cı illərin əvvəllərində xalqın düçar olduğu əzablar, şil-küt edilmiş ümidlər, yurdumuzun başı üzərinə çökmüş qara buludlar, ölkədə yaşanan gərginliklər fonunda hakimiyyəti ələ keçirmək uğrunda iyrənc şəkil almış siyasi çəkişmələr, qorxunc bir kabusa çevrilmiş dövlət çevrilişləri və daha nələr.. nələr... Bu ağrılı hadisələrdən xalq yorulmuş, bezikmiş, tamamilə gücünü və taqətini itirmiş vəziyyətə düşmüşdü. Qan bahasına qazandığımız dövlətçiliyimiz gözümüzün önündə kiçikləşir, tarixi nailiyyətimiz olan müstəqilliyimiz üçün ciddi təhlükə yaranır və bu minvalla da xalqın sabaha olan inamı sarsılmaqda, ümid çırağı isə sönməkdə davam edirdi.

Ancaq həqiqətən də bir hikmətdə deyildiyi kimi, “Gün doğmadan nələr doğar”.

Nəhayət, xalqın nəinki arzuladığı, hətta çox böyük ehtiyac belə duyduğu həmin gün gəlib yetişdi. Sanki ölkəmizin səmasında Günəş doğdu, Vətən torpağına nur ələndi... İlahinin qüdrətli nəfəsi ilə xalqın ruhu təzələndi, qəlblərdə ümid çırağı şölələndi... Siyasət aləminin böyük dühası kimi tanınan Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycan dövlətinin başına keçdi və o, canından artıq sevdiyi xalqına sahibləndi; bununla da millətin sönməkdə olan çırağı alovlandı, yeni duyğular baş qaldırdı, gələcəyə inam gücləndi. Fırtına qopmuş okeanda sahibsiz yelkənə bənzər Azərbaycan adlı dünyamızın sükanı arxasında görkəmli dövlət və ictimai-siyasi xadim, məşhur siyasətçi Heydər Əliyev inamla özünə yer aldı. Bu gedişlə də Azərbaycanı parçalayan, qanına qəltan edən, ölkənin və xalqın axırına çıxa biləcək vətəndaş müharibəsinin - qardaş qırğının qarşısı alındı. Bir sözlə, daxildən və xaricdən vətənimizə uzanalı qara əllər kəsildi, o iyrənc caynaqlar parçalandı.

Bu fikirlər Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyevin “Xarıbülbül festivalı - Qarabağımıza əbədi qayıdışımızın nişanəsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bu qayıdışla daha nələr baş vermədi; dövlətin özünə gəlməsi və güc toplaması üçün 1994-cü ilin 12 may atəşkəsi (hansı ki, bugünkü qələbəmiz üçün bu bizə hava-su kimi lazım imiş) elan olundu, mahiyyət etibarilə möhtəşəmlik kəsb edən “Əsrin müqaviləsi” imzalandı və bu sırada iqtisadi müstəqilliyimizin, iqtisadi təhlükəsizliyimizin etibarlı təməli qoyuldu. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak imkanı əldə edərək, bununla da dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzinə çevrildi və beynəlxalq əhəmiyyət kəsb edən respublika statusu qazandı.

Deməli, gələcək uğurlarımıza yetişmək üçün hələ görüləsi işlər çox idi... Ulu Öndərimiz müdrikliyin, uzaqgörənliyin bariz nümunəsi kimi ölkə iqtisadiyyatının gücləndirilməsi və bu zəmində gerçək milli ordunun yaradılması, dövlətin vətəndaşın güc yerinə, etibarlı dayaq nöqtəsinə çevrilməsi istiqamətində fədakarlıq sərgiləyir və bu yöndə inamla addımlayırdı. Hələ müdavimlər qarşısında çıxışı zamanı “Sizi görərək, mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm” deməsi də bugünkü reallıqlar baxımından bu dahi şəxsiyyətin öz yürütdüyü siyasətə inam dərəcəsinin yüksək göstəricisi kimi səslənir. Bütün bu həyati əhəmiyyətli işlərin əsasında ərazi bütövlüyümüzün təmin edilməsi, təcavüzə məruz qalmış əzəli-əbədi yurdumuzun - müqəddəs Qarabağımızın işğaldan azad olunması, dövlət sərhədimizin bərpa edilməsi dayanırdı. Bu yolda biz Heydər Əliyevin dünyanın ən qüdrətli dövlətləri ilə səbir və dözüm dolu gərgin Qarabağ danışıqlarının şahidi olduq. Bütün bu proseslərdə Heydər Əliyev böyük inam nümayiş etdirirdi. O, heç vaxt inamını itirmədi, ümiddən düşmədi. Elə son əlamətdar hadisə kimi qürurla, iftixarla, ən böyük bir vüqarla müşayiət etdiyimiz, özündə möhtəşəmlik və əzəmət kəsb edən “Xarıbülbül” festivalında Ulu Öndərin ekranda nümayiş etdirilməklə Cıdır düzünə, müqəddəs Şuşa mahalına yayılan gözəl, cazibədar, məlahətli nitqi və dərin mənalı düşüncələri ruhumuzun dərin qatlarına işləyirdi: “Arzu edirəm ki, Sizinlə birlikdə gedək Şuşaya... Gedəcəyik... İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür... Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamımız üçün əzizdir”. Bu səsdə bir əzəmət var idi, bu səs-sədada böyük inam var idi, həm də müqəddəsliyi özündə ehtiva edəsi bir vəsiyyət var idi; özü qədər inandığı övladı İlham Əliyevə ünvanlanmış bir vəsiyyət... Bu məqamda Prezidentin kövrəlməsinin səbəbləri də elə həmin ata vəsiyyətindən doğan duyğusal anların qanadlarında Ulu Öndərlə keçirdiyi o xoş anların xatırlanması və o böyük insanın Azərbaycan naminə bütün fədakarlıqlara ölümdən belə çəkinməyərək qol qoymaq iradəsinin, mübarizlik əzminin nə qədər güclü olduğunun unudulmaz anlarına şahidlik edilməsinin yada salınması idi. Həmin kövrəklikdə həm də ata vəsiyyətini yerinə yetirmiş bir oğul kimi özünü xoşbəxt saymasının, bu zəmində Ulu Öndərin müqəddəs ruhunun şad olmasına əminliyinin nişanəsi var idi...

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasəti uğurla davam etdirərək, Azərbaycan naminə çarpışdı-vuruşdu, mücadilə etdi, mübarizlik sərgilədi, böyük dözüm nümayiş etdirdi, mətinlik göstərdi; bütün yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi məsələsi heç vədə müzakirə mövzusu ola bilməz. Ciddi təzyiqlərə, sıxıntılara, iyrəncliklə müşahidə edilən siyasi gedişlərə, eybəcərlik zəminində baş qaldıran müzakirələrə fədakarcasına sinə gərdi, əsl dövlət xadimi necə olar qarşılığını verməklə bütün dünya siyasətçilərini mat qoydu, aparıcı dövlətlərin rəhbərlərini pat vəziyyətinə saldı, dünyanın tanınmış informasiya agentliklərinin nümayəndələrinə bəlkə də heç fəaliyyətləri boyu rastlaşmadıqları dərsi verdi.

Bütün bunlar İlham Əliyev siyasətinin parlaq təntənəsi idi; istər ölkə Prezidenti kimi, istərsə də müzəffər ordumuzun Ali Baş Komandanı kimi əldə etdiyi uğurların əzəməti idi. Mənfur düşmən tapdağından qurtulan hər bir kəndimiz, rayonlarımız, 8 noyabr Zəfəri, 10 dekabr Qələbə paradı, 12 aprel Hərbi Qənimətlər Parkının açılışı - bütün bunlar o qədər böyük və əlamətdar tarixi hadisələrdir ki... Eyni zamanda, sanki bütün bunlar bir nəhəng hadisənin hədəfləri kimi görünür. Bu hədəf isə müqəddəs Şuşamızda, Cıdır düzünün köksündə baş tutan “Xarıbülbül” festivalı oldu. Bəli, “Xarıbülbül” son dövr hadisələrin yekunu kimi səslənir; özü də möhtəşəmliyi və əzəməti ehtiva etməklə dərin bir rəmzi mənanın mücəssəməsi kimi... Himnimiz, milli marşımız, Qələbəmizin uvertürası kimi... Təbii ki, bu Qələbə qəhrəman şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Nə qədər vətənpərvər oğullarımız göz qırpmadan belə öz yaşamaq hüququndan keçərək canlarını vətən naminə qurban verdilər; ən uca məqama - şəhidlik zirvəsinə ucaldılar... Nə qədər igid oğullarımız qazi oldular... Onların fədakarlığı Azərbaycan tarixinin ən şanlı bir səhifəsi olaraq zaman-zaman xatırlanacaq və bugünkü Zəfərimizin təminatçıları kimi bu mübarizlər ordusunun mərd döyüşçülərinə hər vaxt böyük ehtiram duyulacaq, onların hər birini qürur hissi ilə yad edəcəyik.

Elə Cıdır düzündən yayımlanan festivalda dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev bir daha hamını şəhid və şəhadət ucalığına təzimə dəvət edirdi: “Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” Prezidentin çıxışı daxili və xarici auditoriyaya hesablanmış bir bəyanat xarakteri daşımaqla, həm də keçmiş günlərin sonu, xoşbəxt bir gələcəyin başlanğıcının ifadəsi idi.

Festivalda ən maraq doğuran məqamlardan biri də “Xarıbülbül”ün Azərbaycanda yaşayan müxtəlif xalqların, millətlərin, etnik qrupların nümayəndələrini əhatə etməsi idi. Bunun da mühüm səbəbləri var ki, həmin səbəbləri də Prezident qürur və iftixarla bəyan etdi: “Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəkdir. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişəm, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda yaşayan bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir də onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”. Deməli, festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələrinin çıxış etməsi heç də təsadüfi deyilmiş.

Bu festivalda nələr duyulmadı, hansı hisslər baş qaldırmadı... Səslənən hər bir musiqi parçasından nəşət edən duyğusal anların qanadlarında xəyalən vətən torpağının seyrinə daldıq; ruhumuz pərvazlandı, azərbaycanlı olmağın ən xoş anlarını yaşadıq və Ulu Öndərin qeyd etdiyi kimi, bir daha azərbaycanlı olmağımızdan qürur duyduq. Cıdır düzünü ağuşuna alan, Şuşa mahalını cənginə bürüyən musiqi nömrələrinin ünvanlarına baş vurduqca kimlər xatırlanmadı... Şuşanın səmasında sayrışan rəmzlər kimi Azərbaycanın ölməz bəstəkarlarının hamısı göz önündə canlandı; Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Müslüm Maqomayev burada - Şuşada, Cıdır düzündə idi. Bu müqəddəslərin elə müqəddəs ruhları qanad açıb dövrə vururdu Şuşamızın təmiz və aydın səmasında... Xanın, Seyidin, Bülbülün zəngulələri yenə də müqəddəs torpaqları öz ağuşuna almış, həzin layla kimi bütün vücudumuzu sarmışdı.

Prezident kövrəldən məqamlardan biri də kiçik Kənan balamızın oxuduğu “Bayatı-Şiraz” idi ki, bu səsin, bu avazın qüdrətindən sanki dağa, daşa, suya, torpağa, ümumiyyətlə füsunkar təbiət ocağının bütün guşələrinə yeni bir nəfəs yayılırdı. Bu da müqəddəs Şuşamıza, əzəli dədə-baba yurdumuz olan Qarabağımıza əbədi qayıdışımızın nişanəsi və yeni bir həyatın başlanğıcının rəmzi mənada ifadəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj VİDEO

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb