Xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycanda təhsil imkanlarına dair vebinar keçirilib
Bakı, 21 may, AZƏRTAC
Təhsil Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gürcüstan, Ukrayna və Rusiyada yaşayan soydaşlarımız üçün Azərbaycanda təhsil imkanlarına dair vebinar keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 ali təhsil müəssisəsindən 30-dan çox əməkdaş, həmçinin qeyd olunan ölkələrdə yaşayan müxtəlif ictimai birlik, təşkilat rəhbərləri, üzvləri, o cümlədən Azərbaycanda təhsil almaqda marağı olan abituriyent və tələbələr iştirak edib.
Tədbir zamanı 6 ali məktəbin təqdimatı keçirilib, Azərbaycanda təhsil imkanlarına dair məlumat verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:28]
Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər
- 12.10.2026 [12:17]
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
- 12.10.2026 [12:02]
Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir
- 12.10.2026 [11:34]