XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Sentyabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev İsrail dövlətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Eytan Nayeni qəbul etmişdir.
Nazir Vilayət Quliyev və səfir Eytan Naye Azərbaycanla İsrail arasındakı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparmış, ikitərəfli əlaqələrin bir çox sahələrdə genişlənməsinə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduqlarını bildirmişlər.
Görüş zamanı Azərbaycan Respublikası xarici işlər naziri Vilayət Quliyevin İsrail Dövlətinə yaxın gələcəkdə nəzərdə tutulmuş rəsmi səfəri ilə bağlı bir sıra məsələlər də müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]