Xarici universitetlərin professor-müəllim heyəti ilə görüş
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) 132 magistrantına dissertasiya işlərinin hazırlanmasında rəhbərlik edən və 13 ölkənin 37 fərqli universitetindən olan professor-müəllim heyəti ilə görüş keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə BMDM-in proqram rəhbərləri tərəfindən əcnəbi elmi rəhbərlərə dissertasiya işinin yazılması qaydaları barədə məlumat verilib və onların sualları cavablandırılıb.
Qeyd edək ki, əcnəbi professor-müəllim heyətinin magistrantlara elmi rəhbərliyə cəlb olunmasının məqsədi akademik beynəlxalq əlaqələrin gücləndirilməsi, magistr dissertasiya işlərinin keyfiyyətinin yüksəldilməsi, aktual mövzular ətrafında elmi tədqiqatların aparılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]