Xəbərdarlıq: Hava şəraiti dəyişəcək
Bakı, 19 dekabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə dəyişəcəyi, şimal-qərb küləyinin sürətinin 15-20 metr/saniyə olacağı, arabir saniyədə 23-28, yarımadanın bəzi yerlərində arabir 30-33 metrədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 20-si gün ərzində hava arabir yağıntılı olacaq, havanın temperaturu gecə və gündüz 2-5° isti təşkil edəcək.
Dekabrın 19-dan 20-nə keçən gecə Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Qərb küləyinin sürəti arabir 15-20, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyə olacaq. Havanın temperaturunun dağlıq və dağətəyi rayonlarda gecə 10-15°, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0°-yə yaxınlaşacağı bildirilir.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]